YOLUXMA azalır, ÖLÜM isə yox - Mütənasibliyi nə pozur?

YOLUXMA azalır, ÖLÜM isə yox - Mütənasibliyi nə pozur?

Hazırda oxunan: YOLUXMA azalır, ÖLÜM isə yox - Mütənasibliyi nə pozur?

21754

Son günlər ərəfəsində koronavirusa yoluxma sayı azalan istiqamət götürsə də, ölüm sayının yüksək olması təəssüf doğurmaqla yanaşı, həm də təəccüblə qarşılanır. COVID-19-dan həyatını itirənlərin həmin gün yoluxanlar olmadığı, daha əvvəlki günlərdə xəstələndiyi anlaşılandır, amma artıq yoluxma sayının azalmağa başlaması konkret bir müddəti əhatə edir və bu müddət ərzində ölüm sayının da azalacağı gözlənilən idi.

Bu tendensiya əslində təkcə Azərbaycanda baş vermir. Dünyanın bir sıra digər ölkələrində də ölüm sayında artım müşahidə olunur və bunun izahı tapılmır.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusu qripdən necə ayırd edək – Həkimdən AÇIQLAMA


Bu günlərdə xarici mətbuat orqanlarında dərc olunan bir məqalədə isə ölüm sayındakı artıma şübhə ilə yanaşılıb. Göstərilən yoluxma sayının ölüm statistikası ilə müqayisəsi xeyli sualların yaranmasına səbəb olub. Pandemiyanın ilk ilində belə bu qədər ölüm sayının olmadığı diqqətə çatdırılıb. 

Bununla belə yoluxma sayının çox olmasına rəğmən ölüm sayı az olan ölkələr də var. Azərbaycanda yoluxma sayı ilə ölüm sayı arasında mütənasibliyin olmaması nədən irəli gəlir?

Professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında yaranmış durumun ciddi araşdırılmasına ehtiyac olduğunu bildirib: 

“Biz xəstəxanalardakı daxili mühiti tam bilmirik. Amma bəzi neqativ hallar da üzə çıxdı. Digər tərəfdən isə xəstəxanaya əsasən ağır xəstələr gedir və onların arasında ölüm halları çoxdur.

Bir məsələ də var ki, Böyük Britaniyada 60 milyon əhalinin olmasına rəğmən ölüm 1-2-3 nəfər olur. Yəni situatsiya tam nəzarət altına alına bilib. Bizdə vəziyyətin niyə belə olması xeyli suallar doğurur”.

Professor vaksinasiyadan ölüm halları ilə bağlı deyilənlərin tam sübuta yetirilmədiyinin və bunun kanspiroloji xarakter daşıdığını qeyd edib: 

“Deyək ki, vaksin olunan 700 nəfərdən biri ölür, bəs, 700 xəstələnən şəxsdən neçə nəfər ölür? Biz hələ bilmirik ki, “COVID-19”-u ağır keçirən xəstələrdə gələcəkdə hansı problemlər üzə çıxacaq. Ona görə də hesab edirəm ki, vaksinasiya daha etibarlı, profilaktik, qoruyucu vasitədir, onun əleyhinə təbliğat aparmaq məqsədəuyğun deyil”. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO