Bədənə yığılan neqativi necə təmizləməli?

Bədənə yığılan neqativi necə təmizləməli?

Hazırda oxunan: Bədənə yığılan neqativi necə təmizləməli?

20984

İstənilən işdə çalışan, xüsusən çox insanla ünsiyyətdə olan, hətta bir iş görməyib, ictimai nəqliyyatda gedib gələn, küçədə gəzən insan belə axşam evə gələndə özünə aid olmayan kifayət qədər ağır neqativ hiss, qəribə bir ağırlıqla qayıdır.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bildirir ki, bu yük adətən insanın çiyinləri, boynunun arxasında və dabanlarında toplanır. Ona görə də yorğun insanın çiyinləri əyilmiş, beli irəli əyilmiş, boynu sanki ağıqlıqdan önə əyilmiş şəkildə olur.

Çox insanlar yorğunluğu çıxarmağın yolunu səhv bilir: evə gəlib yemək yeyib, çay içib, divanda uzanmaq və ya yatmaq. Elə hesab edirik ki, uzansaq beynimiz də, bədənimiz də dincələcək. Və çox işləyən insanlar səhər duş alıb, təmiz geyinib işə gedir.
 

Halbuki tam tərsini etməliyik. Psixoloq və fizioterapevtlər küçədən, işdən, hər hansı tədbirdən, məclisdən qayıtdıqdan sonra bir az dincinizi alan kimi çiyin və dabanlara yığışmış neqativi təmizləməyi tövsiyə edir. Bəli, gecəylə, yatmazdan öncə.


Necə? Bunun üçün həmin gün geyindiyiniz bütün geyimləri, alt paltara kimi soyunub, yumağa qoyursuz. Özünüz isə isti duş alırsız. Çiyinləri və boynun arxasına gur su şırnağını tutub, onları yüngülcə döyəcləyirsiz. Daha sonra bir az duz götürüb həmin nahiyələrə, dabanlara çəkirsiz. Duzu yuyub, ən sonda ayaqlara soyuq su tökürsüz.

Beləcə günün neqativ təsirindən azad olursuz. Bu şəkildə yataq geyimi geyib yatırsız.

Əgər siz bu enerjini günlərlə yumadan yatsaz, neqativ bədənin mental sərhədlərini keçəcək və dərinləşəcək. Növbəti günün enerjisi onun üzərinə gələcək.

Eləcə də işdə hər hansı neqativ gərginlik hiss etsəniz, bir kənara çəkilib, çiyinləri, boynu ovxalamaq, döyəcləmək lazımdır.

Diqqət yetirin, Yaponiyada işçilər fasilədə bir-birinin boynunu, çiynini masaj edir, sıxır. Buna görə onlar bir-birinə təşəkkür edirlər və bu orda böyük yaxşılıq hesab edilir.

Çünki yaponlar gərginliyin hara yığıldığını yaxşı bilir. Ona görə masaj zamanı çiyinlərə və boyun arxasına toxunanda daha çox ağrı hiss edilir.

Bu metodu vərdiş halına çevirsəz, neqativin gətirdiyi psixoloji problemlərdən, təşvişdən, nevrozdan da uzaq olarsız və gücünüz azalmaz. (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO