Bu günə qədər Azərbaycanda 57 minə yaxın müəllim koronavirus əleyhinə vaksinin ən azı birinci dozasını vurdurub. Bu, ökə üzrə müəllimlərin 60-64 %-nin peyvənd olunması deməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda koronavirusdan sağalma 92,3 faizdir
Onun sözlərinə görə, 50 yaşdan yuxarı hər üç müəllimdən ikisi artıq vaksinasiyadan keçib: “Hazırda proses davam edir. 40 yaşdan yuxarı 28 500 nəfər peyvənd olunub. 120 minə qədər (53 %) təhsil işçisi vaksinasiyadan keçib. Mən onların hamısını təbrik edirəm.
Peyvənd olunanlar arasında bu günə kimi ciddi və əsaslı pisləşmə müşahidə edilməyib", - deyə nazir qeyd edib.
Bizim.Media