COP29-la əlaqədar bəzi dövlət qurumlarında iş rejimi dəyişəcək - FOTO

COP29-la əlaqədar bəzi dövlət qurumlarında iş rejimi dəyişəcək - FOTO

Hazırda oxunan: COP29-la əlaqədar bəzi dövlət qurumlarında iş rejimi dəyişəcək - FOTO

205211

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək. 

Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib. 

Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyətini, iştirakçıların sayını və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb: 

- dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla)

- Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi; 

- dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqi təmin edilməsi. 

Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO