Məlum olduğu kimi, bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri keçiriləcək. 2 həftə davam edəcək konfrans zamanı minlərlə insan Azərbaycana üz tutacaq. Artıq paytaxtımızda bir çox hazırlıqlar işlərinə də start verilib.
Bəs, COP29 iqtisadi cəhətdən Azərbaycana nə qazandıracaq?
İqtisadçı Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu konfrans ölkəmizin tanıdılması üçün mühüm hadisədir:
“COP ümumiyyətlə, dünyanın ən nüfuzlu beynəlxalq konfransıdır. Çox sayda hökumət rəsmiləri, biznes nümayəndələri, nüfuzlu şəxslər bu tədbirdə iştirak edirlər. Ona görə də 2 həftə ərzində ölkənin ciddi tanıtımı baş verəcək. Bunlarla yanaşı təbii ki, jurnalistlər, blogerlər də noyabrda Azərbaycana gələcəklər. Bu turizm potensialı üçün yaxşı təbliğat imkanıdır”.
Pul axını
İqtisadçı bildirir ki, COP-un əsas birbaşa təsiri xidmət sahələrindəki satışın çoxalması olacaq:
“İki həftəlik tədbirdə turistlərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri pul xərcləmələri ilə bağlıdır. Xüsusən də, bu, Abşeron yarımadasındakı turizm kompleksləri üçün ciddi surətdə qazanc əldə etmək imkanıdır. Yaşıl sektor, xidmət sektorları üçün iki həftə ərzində turizm partlayışı yaşanacaq”.
Xalid Kərimli COP29-un gələcəkyönümlü təsirlərindən də söz açıb:
“Ümumiyyətlə, konfransda müzakirə olunacaq məsələlər Azərbaycanın gündəliyində intensiv yer tutmaqla ölkəmizin gələcək inkişaf perspektivlərini formalaşdıracaq. COP yaşıl enerji, yaşıl sənaye, ekoloji problemləri ön plana çəkir. Bu cür tədbirlər ölkəmizin sonrakı ekoloji və yaşıl gündəliyinin formalaşmasına təsir göstərəcək”.
Bəs bu qədər turistin qonaqlaması üçün yetəri qədər otel varmı?
İqtisadçı deyir ki, bunun üçün müxtəlif həll yolları planlaşdırılıb:
“Hökumət bunların hamısını nəzərə alıb. Bu istiqamətdə boş mənzil fondlarından istifadə olunacaq. Bundan başqa, intensiv surətdə inşaatı, təmiri yekunlaşdırmağa çalışan bir sıra istiqamətlərdə ciddi iş görülür ki, hamısı sentyabr-oktyabrın əvvəlləri istismara hazır olacaq”.
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru
- A-
- A
- A+
COP29
09:00 / 31.07.2024
COP29-un Azərbaycana qazandıracağı iqtisadi DİVİDENDLƏR
Hazırda oxunan: COP29-un Azərbaycana qazandıracağı iqtisadi DİVİDENDLƏR
Hazırda oxunan: COP29-un Azərbaycana qazandıracağı iqtisadi DİVİDENDLƏR
204254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.