Bir çox ərzaqları soyuducuya qoyduqda xəstəliyə səbəb ola biləcəyini bilirsinizmi? Bəs bu ərzaqlar hansılardır? Onlarla tanış olduğunuzda çox təəccüblənəcəksiniz.
Bizim.Media sizə həmin ərzaqların siyahısını təqdim edir:
Şirniyyatlar
Bal, mürəbbə və şokolad kimi şirin qidalar soyuducuda qaldıqda təbii keyfiyyətlərini itirirlər. Həmçinin bal və mürəbbənin axıcılığı da pozulur.
Qəhvə
Soyuducunun soyuq və nəmli havası qəhvənin həm ləzzətini, həm də görünüşünü korlayır.
Kartof
Soruculuğu yüksək olan kartofun dadı yerləşdiyi yerin havasından asılı olaraq dəyişir. Soyuducuda bir gündən artıq qalan kartofun görünüşü dəyişməsə də, tamı və keyfiyyəti dəyişir.
Bu cür kartof bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər.
Sarımsaq
Antiseptik xüsusiyyətə malik olan sarımsaq sadəcə 2 gün soyuducuda qaldıqda bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir.
Pomidor
İllərdir ki, hər kəsin yalnış bildiyi bilgilərdən biri də pomidorun soyuducuda saxlanması fikridir. Əslində isə pomidor soyuducuya qoyulduqda soyuq havanın təsiri ilə daha tez xarab olur.
Qabığı qırışan pomidorda bakteriyalar çoxalır və istifadə edilərkən bir sıra həzm xəstəlikləri meydana gətirir.
Bizim.Media
- A-
- A
- A+
COP29
05:58 / 30.04.2021
Soyuducuya qoyduqda zəhərə çevrilən ƏRZAQLAR
Hazırda oxunan: Soyuducuya qoyduqda zəhərə çevrilən ƏRZAQLAR
Hazırda oxunan: Soyuducuya qoyduqda zəhərə çevrilən ƏRZAQLAR
19573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.