Son zamanlar əlamətləri qriplə eyni olan müxtəlif adlarda viruslar yayılmaqdadır. İnsanlar hər gün yeni virus adı eşidib təşvişə düşürlər. Məsələn, Omicron, Adenovirus, Meymunçiçəyi, Herpes 6, Rotavirus, İnfluenza, Koksaki, Tutuquşu virusu və s.
Maraqlıdır durmadan yeni viruslarmı yaranır, ya adları elmə məlum bu viruslardan indi xəbər tuturuq?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya bildirib ki, bu gün pandemiya bitsə də, koronavirusun mutasiyaya uğramış ştammları davam edir:
“Bu viruslarda qripin əlamətləri də görünür. Son günlər Adenovirusun fəallaşması müşahidə edilir. Xüsusilə boğaz ağrısı olan şəxslərdə streptokoklar fəallaşır və bu, yoluxucu xarakter daşıyır. Buna görə də insanlar bir-birini yoluxdurmağa və xəstələndirməyə başlayır. Uşaqlarda isə Herpes 6 və Herpes 7 virusları yayılır. Yəni müxtəlif stiuasiyalar var və bunlar mövsümi fəallaşma yaradır”.
Həkimin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Covid-19-dan sonra immun sisteminin də zəifləməsi müşahidə edilir və buna görə viruslar fəallaşır:
“Yaxın vaxtlarda Hepatit A virusu da su vasitəsilə yayılmışdı, lakin vaxtında lokallaşdırıldı. Eyni zamanda, qızılca da bir neçə ay aktiv yayılmağa başladı. İstənilən halda, virusun əsas məqsədi orqanizmin müqavimətini yüksəltməkdir. Virusa yoluxan zaman yataq rejminə keçmək, bol maye qəbul etmək və həkim məsləhətinə qulaq asmaq lazımdır”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
17:40 / 01.05.2024
Hər gün yeni virus adı EŞİDİRİK – Bu xəstəliklər yeni yaranıb, ya elmə MƏLUMDUR?
Hazırda oxunan: Hər gün yeni virus adı EŞİDİRİK – Bu xəstəliklər yeni yaranıb, ya elmə MƏLUMDUR?
Hazırda oxunan: Hər gün yeni virus adı EŞİDİRİK – Bu xəstəliklər yeni yaranıb, ya elmə MƏLUMDUR?
189903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.