Martın 2-də Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq. Qasırğa bu gün saat 12:00-dən etibarən Yerə təsir göstərəcək və saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, güclü maqnit qasırğası insanların səhhətinə mənfi təsir göstərməklə yanaşı, elektronika cihazlarında nasazlığın yaranmasınadək gətirib çıxara bilir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
10:50 / 02.03.2024
Əhaliyə XƏBƏRDARLIQ – “Bu şəxslər üçün ölüm riski var”
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ – “Bu şəxslər üçün ölüm riski var”
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ – “Bu şəxslər üçün ölüm riski var”
180739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.