Koronavirus daha çox kişilərin qəniminə çevrilib – ELMİ İZAHI 

Koronavirus daha çox kişilərin qəniminə çevrilib – ELMİ İZAHI 

Hazırda oxunan: Koronavirus daha çox kişilərin qəniminə çevrilib – ELMİ İZAHI 

17979

Koronavirus infeksiyasına yoluxan kişilərin xəstəliyi daha ağır keçirdikləri bildirilir. Həmçinin kişilərin COVID-19-dan ölüm riskinin qadınlardan daha yüksək olduğu ortaya çıxıb. Aparılan araşdırmalardan da məlum olub ki, virusa yoluxan kişilərin ölüm riski qadınlara nisbətən 30 faiz daha yüksəkdir.

Maraqlıdır ki, pandemiya başlayandan bəri kişilərin koronavirusa daha həssas olduqları ortaya çıxıb. Amma bu faktın elmi və tibbi izah ilə bağlı məlumatlar yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusa görə ölüm NİSBƏTİ - PİK nöqtə - ARAŞDIRMA  


Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında kişilər arasında yoluxma və ölüm hallarının çox olmasının özünəməxsus səbəbləri olduğunu deyib.

Həkimin sözlərinə görə, bu məsələnin elmi izahı hələki məlum deyil:

“Koronavirusun kişilərdə ağır keçməsi ilə bağlı faktlar var. Onlar arasında ölüm hallarının çox olması ilə bağlı da nümunələr çoxdur. Kişilərdə yuxarı tənəffüs yollarının zədələnməsinə daha çox rast gəlinir".

"Bu, genetik və hormonal faktorlarla bağlı ola bilər. Amma qadınar arasında da ölüm halları az deyil. Hər halda bu statistikanı virusa qalib gəldikdən sonra  dəqiqləşdirib konkret nəticəyə gəlmək mümkün olacaq. Bununla bağlı müəyyən araşdırmalar gedir. Yəqin ki, post koronavirus dövründə müəyyən məsələlərə aydınlıq gətirmək mümkün olacaq”.

Qeyd edək ki, araşdırmalar göstərir ki, kişilər və qadınların SARS-CoV-2-yə yoluxma riski eynidir.

Ancaq bu infeksiya ilə intensiv müalicə palatasına yerləşdirilən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur. Ölüm riski isə 2 dəfədən artıqdır. Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişatındakı  fərq müxtəlif cinslərə mənsub adamların immunitet xüsusiyyətləri ilə əlaqədardır. Bundan başqa, qadınlara nisbətən kişilərdə xəstəliklərin daha çox yayılmasında  bioloji amillərin də ciddi rolu var.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO