Alkoqoldan imtina etmək insan ömrünü 28 il uzada bilər.
Bu barədə Bizim.Media İsveçdəki Karolinska İnstitutunun elm adamlarının məlumatlarına istinadən xəbər verir.
Mütəxəssislər 20 il boyunca Danimarka, Finlandiya və İsveçdəki alkoqolizmə düçar olan insanların həyat tərzini izləyiblər. Nəticədə, tədqiqat iştirakçılarının müxtəlif xəstəliklərdən və ölüm nisbətinin daha yüksək olduğu ortaya çıxıb.
MÖVZU İLƏ BAĞLI:
Arağın orqanizmə zərərsiz dozası bu qədərdir
Qeyd etmək lazımdır ki, həkimlər alkoqolun bədənə zərərli təsirləri barədə dəfələrlə xəbərdarlıq edib.
Alkoqolun kiçik dozalarda olsa da, xərçəng, dimensiya, impotensiya və sonsuzluq riskini artıra biləcəyi heç kimə sirr deyil. Bundan əlavə, tünd spirtli içkilər ürək, beyin və qaraciyərin işinə də mənfi təsir göstərir.
Bizim.Media