22.12.2023-cü il tarixində saat 11:16 radələrində “Dəniz Mall”ın yaxınlığında qayıq aşması ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bakının sahilində tur gəmisi batır – VİDEO
Qeyd edilib ki, dərhal hadisə yerinə iki təcili tibbi yardım briqadası göndərilib.
Hadisə nəticəsində dörd nəfər (cinsi qadın) zərər çəkib. Bir nəfərə yerində ilk tibbi yardım olunub. Üç nəfər isə hipotermiya diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib.
Bizim.Media