Ürəyin iş yükü artdıqda infarkt və ciddi ürək çatışmazlığı riski yarana bilər. Xüsusilə çox soyuq və ya çox isti hava şəraiti ürək sağlamlığınıza mənfi təsir göstərə bilər. Genetik bir meyliniz varsa, ürək sağlamlığı müayinələrinin mütəmadi olaraq etməyi unutmayın!
Bizim.Media xəbər verir ki, türkiyəli professor dr. Bilal Boztosunun verdiyi məlumata görə, havanın soyuq günlərində səhər erkən saatlarda küləyə qarşı gəzmək ürək yükünü artırır.
Gəzintinin xüsusilə ürək xəstələri üçün çox əhəmiyyətli olduğunu vurğulayan professor, bildirib ki, yürüyüş etməyi xəstələrimizə dərman kimi məsləhət görürük:
“Həftənin ən azı 3 günü gəzməyin vacib olduğunu deyirik, amma gəzinti o anda sizi yorursa və narahatlıq yaratmağa başlayırsa, istirahət edin və həkiminizə müraciət edin.
"Hava çox isti olarsa, yağış və ya külək varsa səviyyəni bir az azaldın. Xüsusilə soyuq havalarda 20-25 dəqiqə gəzinti kifayət edər. Əks halda ürək tutmalarına, ciddi ritm pozuntularına səbəb ola bilər”.
"Soyuq və şaxtalı havalarda səhər saatlarında gəzməyi tövsiyə etmədiklərini deyən Boztosun “belə havalarda günortaya yaxın vaxtlarda gəzməyi məsləhət görürük. Ancaq yayda səhərin erkən saatlarında gəzmək daha doğrudur".
İnsanlar sinəsində, sol, sağ qol, çənə, boyun və kürəkdə ağrı hiss edə bilər. Belə vaxtda həkiminizə mürciət edin. Unutmayın, simptomlar hər kəsdə eyni deyil” .
Bizim.Media
- A-
- A
- A+
COP29
04:45 / 17.03.2021
Səhər erkən saatlarda yürüyüş etmək infarkta səbəb ola bilər
Hazırda oxunan: Səhər erkən saatlarda yürüyüş etmək infarkta səbəb ola bilər
Hazırda oxunan: Səhər erkən saatlarda yürüyüş etmək infarkta səbəb ola bilər
14964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.