ÜST-dən HƏYƏCAN TƏBİLİ: Meymunçiçəyinə yoluxma 85 mini ötdü

ÜST-dən HƏYƏCAN TƏBİLİ: Meymunçiçəyinə yoluxma 85 mini ötdü

Hazırda oxunan: ÜST-dən HƏYƏCAN TƏBİLİ: Meymunçiçəyinə yoluxma 85 mini ötdü

118349

2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 85,4 mini keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

“2022-ci il yanvarın 1-dən 2023-cü il yanvarın 30-dək ÜST-na 110 ölkədən 85 449 yoluxma halı və 89 ölüm faktı barədə məlumat daxil olub”, -deyə məlumatda qeyd edilib.
Məlumata görə, 13 ölkə ÜST-na son bir həftə ərzində yoluxma hallarının artması barədə məlumat verib. Ən ciddi artım isə Meksikada qeydə alınıb.

Bildirilib ki, virusa yoluxanların böyük əksəriyyəti (96,6%) 29-41 yaş arası kişilərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO