Dünyada koronavirusun yayılma sürəti azalır, lakin ölkələr mübarizə tədbirlərini davam etdirməlidirlər.
Bizim.Media «RİA Novosti»yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Mariya van Kerhoven bildirib.
MÖVZU İLƏ BAĞLI:
Son bir gündə 355 mindən çox insan koronovirusa yoluxdu
"Bəzi ölkələrdə yoluxma sayında azalmanı müşahidə edirik. Bu, ilk növbədə virusun ötürülmə zəncirlərini kəsən tədbirlərin tətbiqi ilə əldə edilib. Koronavirusla mübarizədə digər güclü vasitə isə vaksinasiyanın aparılmasıdır”, - deyə o vurğulayıb.
ÜST-ün mütəxəssisi virusa yoluxma sayının azaldığı ölkələri pandemiya ilə mübarizə tədbirlərini davam etməyə çağırıb.
Bizim.Media