Özünü yaza bilmir şeir yazan xanımlar...

Özünü yaza bilmir şeir yazan xanımlar...

Hazırda oxunan: Özünü yaza bilmir şeir yazan xanımlar...

79676
Gənc şair Səxavət Kəlbəcərlinin daha bir yeni şeirini oxuculara təqdim edirik:






ŞEİR YAZAN XANIMLAR

Izini yaza bilmir
Düzünü yaza bilmir.
Özünü yaza bilmir
Şeir yazan xanımlar.

Hər sözə sərvaxt olur
Xəyalən xöşbəxt olur.
Bir ömür bədbəxt olur
Şeir yazan xanımlar.

Ürəkləri tez bilər
Gah ağlayar, gah gülər.
Bal kimi şirindilər
Şeir yazan xanımlar.

Hislərini bölürlər
İçin-için ölürlər
Şöhrət üçün ölürlər
şeir yazan xanımlar.

Ocağın odundular
Yaxının yadındılar.
Nə xoşbəxt qadındılar
Şeir yazan xanımlar.

Yaz ömrümə tuş gəlir
Dəstə qaranquş gəlir.
Mənə elə xoş gəlir
Şeir yazan xanımlar.  

29.05.2015.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO