Metro (hekayə)

Metro (hekayə)

Hazırda oxunan: Metro (hekayə)

67454

Yeqzar Cəfərli








İstedadlı gənc yazar Yeqzar Cəfərlinin  20 Yanvar hadisəsinə həsr etdiyi "Metro" adlı hekayəsini Moderator.az oxucularına təqdim edirik: 




Son günlər çox yorğun idim. O qədər problemlərim vardı ki, gərginlikdən başımı qaşımağa vaxtım yox idı. Gecələr saat 12-də evə gələr, səhər 8-də isə III mikrorayon dairəsində olar, tələbə dostlarımla birləşib dərsə yollanardıq. Bu gün də həmişəki kimi tez oyanmalı, yüngülcə qəlyanaltı etməli idim (səhərlər qəlyanaltı etmədən evdən çıxmağa adət etməmişəm ”“ daha doğrusu evdəkilər buna müsaidə etmirlər). Əbdürrəhman Caminin bu fikrinə bütün ömrüm boyu əməl etmək fikrində idim ”“ “Səhər ağzına bir şey qoymamış evdən çıxma, çünki toxluq səbr və təmkinlik nişanəsi, aclıq əsəbilik və qanıqaralıq əlamətidir”x9d. Atamla anam rayona-yaxın qohumlarımzdan birinin qırxına getdiyindən bu dəfə paltarlarımı da özüm ütüləməli idim.

Səhərlər yuxudan ayılmağa zorluq çəkirəm. İndi də saatın zəngi məni 7:00-da oyatsa da yatağımda uzanıb fikirləşir, özümə gələ bilmirdim. Nə başınızı ağrıdım, zorla yataqdan qalxıb paltarlarımı ütüləməyə başladım, amma nə qədər axtardımsa sevimli qara qalstukumu tapa bilmədim ki, bilmədim. Zalım oğlunun malı elə bil yağlı əppək olub göyə çəkilmişdi. Doğrudur, mən əlamətlərə çox az inanıram, ancaq şəhərə tələsməyimlə qalstukun itməsinin arasında  bir oxşarlıq vardı, sanki. Nə isə, çox axtarışdan sonra nəhayət ki, paltarların arasında qalıb əzik-üzük olmuş qalstuku tapa bildim. Onu ütüləmək isə mənim əməlli-başlı vaxtımı apardı.

Bu günkü iş qrafikim həmişəkindən də ağır idi. Kiçik dayımın qızının ad gününə çağrılmışdım. Fürsət varkən nənəmə dəyməli idim. Üç ay olardı ki, nənəmə baş çəkə bilmirdim. Yaşı 80-i ötmüş nənəmin məzəli-duzlu söhbətlərindən doymaq olmur.

Evdən çıxanda Allah-Allah edirdim ki, heç olmasa yolda  Mahmud kişi ilə rastlaşmayım, yoxsa şəhərə heç axşama da gedib çata bilmərəm. Mahmud kişi bizim qapıbir qonşumuzdur. Zalım oğlunu elə bir işi-gücü yoxdur. Küçə qapısının ağzında qoyduğu bir daşın üzərində oturub yoldan keçənləri seyr edir. Kimi gördüsə çənəsinin altına salır. Sonra oğul istəyirəm ki, onun əlindən, bağışlayın, çənəsindən qurtulsun. Örnək verim, danışır ki, bu ətraf bağların hamısı mənim babamın olub. Sovetləşmə zamanı əlimizdən alıblar. Əgər mən istəsəm camaatı bu bağlardan köçürərəm, sadəcə özüm istəmirəm. Özü də “sadəcə”x9d demir ha, mən belə yazıram ”“ o, bir dostumun sözü ilə desəm “rus türkcəsi”x9dndə deyir ”“  “prosto”x9d... Hə, onu deyirdim axı ”“ Mahmud kişi, atam demiş, başlayır “erkək keçiləri sağmağa”x9d. Ağsaqqal heç yerdə işləmir, nə ilə dolandığını isə bir Allah bilir. Beləliklə, küçə qapısından çıxan kimi “yaxalandım”x9d.

- Bura gəl görüm, sən axı  ədəbiyyatçısan. İndi səni yoxlaram. De görüm “Leyli və Məcnun”x9du kim yazıb?

- Necə yəni kim yazıb? Nizami, Füzuli.

- Gördün, bilmədin. Onu öncə Nizami yazıb, amma yarımçıq qoyub, sonra Füzuli tamamlayıb.

Məni qeyri-ixtiyari gülmək tutdu. Hiss etdim ki, əsəbləşdi.

- Gülmə, böyüklə danışanda gülməzlər. Ən tanınmış akademiklərlə belə bu barədə “spora”x9d girərəm.

Allah üzümə baxdı ki, qonşumuz Cəmil gəlib yetişdi. Mahmud kişi mənimlə söhbətinə ara verən kimi tez aradan çıxdım.

Onu da deyim ki, bizim küçədə Mahmud kişi kimi Əbdürrəhim bəy Haqvediyevin “Marallarım”x9d dediklərinə bənzər daha bir neçə tip var və bunların hər birinin özünəməxsus məziyyətləri var.

Mahmud kişidən ayrılıb bir neçə metr getmişdim ki, qonşumuz, ləqəbi “qoca”x9d olan Salman kişinin “əlinə keçdim”x9d. İnəklərini sağıb qurtaran Salman kişi ara-sıra yola baxır, söhbət üçün adam axtarırdı. Söhbətlərinin də əsas mözusu bundan ibarətdi ki, mən ata-anama yaxşı baxırdım, indiki cavanlar ata-analarına pis baxırlar. Və yaxud indiki cavanlar arvaddan qorxurlar. Arvadın günahı oldu-olmadı gərək ayda heç olmasa bir dəfə onu möhkəm döyəsən və s. Soruşurdum:

- Ay ağsaqqal, arvadın günahı yoxsa onu necə döyəsən?

Məni tərs-tərs süzdü:

- Deyəsən sən də arvaddan qorxan olacaqsan. Nə var bəhanə tapmağa. Başından bir tük dart at xörəyə, de ki, xörəkdən tük çıxdı.

Heç yadımdan çıxmaz, bir dəfə Salman kişi hərbi xidmətdə olan oğluna baş çəkməyə getdi.Yükü ağır olduğundan məni də özü ilə köməkçi götürdü. Əsgərlərlə görüş saat 15-də başlanmalı idi. Bir bəstəboy zabit görüşə gələnlər üçün nitq söyləyirdi. Guya əgər gəldiyiniz yelərdən burda başqa əsgərlər xidmət edirsə, onlara evlərində baş verən hadisələrdən danışmayın. Yoxsa ki, qonşu qonşu ilə dalaşdı, kimin atası arvadını döydü və s. Əsgərlər belə şeyləri eşidir, fikirləri qalır evdə və yaxşı xidmət edə bilmirlər.

Bu zaman Sabirabaddan gəlmiş bir valideyn (onun Sabirabaddan olduğunu görüş yerində Qocanın onunla mübahisəsi zamanı bildim. Çünki, qoca oğlunu yaddan çıxardıb onunla möhkəm mübahisə edirdi) komandirə səsləndi:

- Cənab komandir! Yəni indi elə bir kişi var ki, arvadını döyə bilsin?

 Pah atonnan, elə bil Qocaya od qoydular. Tez yanındakı bir kötüyün üstünə qalxdı, ucadan qışqırdı:

- Mənəm o kişi!

Camaatdan bir gülüş qopdu ki, gəl görəsən. Yanımdakı qadınlardan biri qocanı tərs-tərs süzüb soruşdu:

- Mənə bax, ey, nə taqsırı var arvadın, yazığı döyürsən?

Qoca cavab verdi:

- Təqsiri oldu-olmadı, arvad gərək ayda bir-iki dəfə döyülsün.

Qadın Qocanı bir müddət nifrətlə süzüb astadan dilləndi:

- Bu köpək oğlu, lap manyak imiş ki...

Yaxşı ki, Salman kişi bu sözləri eşitmədi. Onun başı bu mövzuda digər bir qadınla bərk mübahisəyə qarışmışdı. Yoxsa əməlli-başlı tufan qopardı.

Salman kişinin bir məziyyəti də vardı ki, kişilərin toyda oynamasının qəti əleyhinə idi. “Kişi oynamaz”x9d deyərdi. Hansı gününüzə oynayırsınız, ətin kilosu 8 manatdır. Belə deyə-deyə o, hər dəfə ətin qiymətini qaldırardı və qəssablar da elə bil onun sözünə bənd idilər ”“elə bil ki, qoca bu sözü deyər-deməz qəssablar eşidər, səhəri əti bahalaşdırardılar. Amma öz aramızdır, ara-sıra mənə yaxşı nəsihətlər də edərdi Salman dayı. Örnək verim ”“ deyərdi ki, çalış, həmişə özündən yaşda böyük olanlarla otur-dur, tez müdrikləşərsən.

Onu da qeyd edim ki, Mahmud kişiyə nisbətən Qocanın əlindən qurtulmaq nisbətən asan idi. Elə ki, uzun bir söhbət başlayacağını hiss edirdim, deyirdin:

- Qoca! Məni bağışla, vacib işim var, getməliyəm. Qoca da əlacsız razı olar, deyərdi:

- Eh, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Qocadan ayrılıb avtobus dayanacağına təzəcə yetişmişdim ki, dükandan çörək alıb qayıdan digər bir “maral”x9dla rastlaşdım. Adı Nəriman olan bu qonşumuz Mahmud kişidən də, Qocadan da fərqlənir. Onun çox danışmaqla arası yoxdur. Amma elə ki, səhər-səhər onun üzünə çıxdın həmin gün bir molla tap ki, bəri başdan sənin həmin günki işinə  bir “fatiha”x9d versin. Adamı görən kimi soruşur:

- Hara gedirsən, nə üçün gedirsən, əlində nə aparırsan?

Günün hansı vaxtında getsən görərsən dayanacaqda durub “müştəri”x9d gözləyir. Adamla söhbətin şirin yerində bir də görürsən deyir:

- Əşi, sən də mənə bir “obed”x9d (- bu da “rus türkcəsi”x9d olsun...) vermək istəyirsən səhərdən min dəfə demisən. Həmin adam da xəcalət çəkərək:

- Ay Nəriman! “obed”x9d istəyirsən verim də. Mən haçan dedim ki!?.

Nəriman kişiyə də elə bu lazım idi. Dərhal:

- Mən içkisiz “obed”x9d eləmirəm, a.

Peşman idin ki, onun yanında asqırasan. O saat:

- Beş manat səndə.

- Niyə, ay Nəriman kişi.

- Necə yəni, niyə, asqırıb məni diksindirdin, çıldağ pulu ver.

Qısası, Nəriman  kişi nələrdən pul çıxarmırdı, bax onu bir Allah bilir.

Nəriman kişini görən kimi avtobus dayanacağının arxasına əkildim. Fikirləşdim ki, ötüb keçəndən sonra evə qayıdım. Bu gün heç bir işimin alınmayacağına qəti əmin idim. ”“ Birinci dəfə deyildi ki, dəfələrlə sınaqdan çıxarmışdım. Amma dayım qızının ad gününə gedəcəyimi düşünüb evə qayıtmaq fikrindən daşındım.

Nəriman kişinin bədliyini elə dayanaqdaca hiss etdim. Avtobus yarım saat geçikdi. ”“ Bu gün başıma bir bəla gəlməsə yaxşıdır ”“ düşündüm.

Qonşuların bədniyabət adlandırdıqları Nəriman kişinin sifətindən böyük çətinliklə qurtulub saat 12:30-da  metronun “20 Yanvar”x9d stansiyasına yetişdim. Çünki, gecikdiyimdən şəhərdəki işlərimi təxirə salıb, bir başa ad gününə yollanmağı qərara aldım. Dayımgilin kəndinə isə avtobus “20 yanvar”x9d stansiyasından gedirdi. Bu gənclik yaşımda bir şeyi dəqiq qət etmişəm. Həyatda xoş anlar dalbadal gəldiyi kimi bəd anlar  da ard-arda gəlir. Tərslikdən burda da avtobusa gecikdim. Sonrakı maşınlardan biri camaatı yarı yolda düşürüb qaraja getmiş, digəri isə kənd camaatını ziyarətə aparmaq bəhanəsi ilə aradan çıxmışdı. Burada bir saatdan yuxarı yubandım. Vaxt da ki, maşallah  şəlalə kimi sürətlə özünü uçurumdan aşağı tullayırdı.

Ayaqlarım da taqətdən düşmüşdü. Bir anlıq dincimi amaq istəsəm də fikrimdən daşındım. Oturacaqlar yaş idi. Yağış yağırdı. Bu azmış kimi səhərdən mülayim əsən Bakı xəzrisi artıq yavaş-yavaş bərkiyir, yağış dənələrini zərblə üzümə çırpırdı. Kəndə yolların palçıqlı olmasını təsəvvürümə gətirdikcə məni vahimə basırdı. Öz-özümə “Ay Allah, bu gün necə gün idi mən düşdüm”x9d - dedim. Sonra da deyirlər ki, əlamətlərə inanma. İndi bir sehrli xalçanın arzusunda idim ki, ayaqlarım yerə dəymədən məni kəndə çatdıraydı.

Bir müddətdən sonra avtobus gəlib çatdı. Elə təzə yola düşmüşdüm ki, əl telefonum zəng çaldı. Yaxın dostlarımdan biri idi. Saat 4-də məni kitabının təqdimatına dəvət edirdi. Neyləyim, qayıdımmı? Bəs ad günü. Axı, dayımgilin ailəsi məndən inciyəcək. Dayımqızı nənəmin adını daşıyırdı. Onu hamımız çox istəyirdik. Elə bu düşüncələrlə də kəndə nə vaxt gəlib yetişdiyimi əsla hiss etmədim. Abşeronun şəhərə yaxın kəndlərindən sayılan bu kənd yaşılıqlarla bir o qədər əhatə olunmasa da dörd tərəfdən dağlarla çevrələnməsi özəlliklə də yaz aylarında kəndə xüsusi yaraşıq verir. Bir çatışmayan cəhəti vardı ki, hər yağışdan sonra yollar palçıq olardı. Kənd camaatı buna öyrəşsə də bu məni əməlli-başlı hövsələdən çıxarırdı.

Ad günündə çox qala bilmədim. Yaxın qohumlarımı gördüm, nənəmə baş çəkdim, dayım arvadının  ləzzətindən doya bilmədiyim şirniyyatlarından daddım.

Tez-tez saatı gözdən keçirirdim. Vaxt elə bil təyyarə idi. Qanad açıb uçurdu.

Üst-başım palçıq olmuşdu. Palçığı da yaş təmizləyəndə bir az da yayılırdı. Qurumasını gözləmək lazım idi. Mənimsə vaxtım çox az idi. Artıq tədbirin də vaxtına az qalırdı. Bir müddətdən sonra qohumlarla vidalaşıb oranı tərk etdim.

Təsəvvürəgəlməz çətinliklərlə kəndi tərk etdim. Yolda başıma gələnləri oxuculara danışıb onları yormaq istəmədiyimdən (onsu da yormuşam) onları nəql etməkdən daşınıram. Artıq 16-ya 15 dəqiqə qalmışdı, mənə isə tədbirə hətta yarım saat tez gəlməyi tapşırmışdılar.

- Bəlkə, taksi ilə gedim ”“ deyə düşündüm.

“20 yanvar”x9d stansiyasının yaxınlığı da ki, maşallah, adama “bazar”x9dı xatırladırdı. Bağırtı, çığırtı və bir də ki maşınların siqnal səsləri adama danışmağa imkan vermirdi. Onlar durduqları yerin fərqinə varmadan qışqırırdılar:

-“Müşfiq”x9də bir nəfər, “Hökməli kuruqu”x9dna iki nəfər...

Taksi sürücülərinin müştəri çağırışı beynimə işləyirdi. Adam onlardan bir söz soruşmağına peşman olur. Mən bu olayın qabaqlar da tanığı olmuşdum.

Bir dəfə tanınmış idmançılardan biri ilə müsahibə götürmək üçün Sumqayıta gedirdim. Daha öncə telefonda şərtləşmişdik ki, saat 11-də Sumqayıtın “Göyərçin”x9d parkında görüşək. Onda da avtobusa gecikdiyimdən taksi ilə getmək qərarına gəldim. İki manata danışıb maşına oturdum. Sürücüyə isə daha bir  nəfər müştəri lazım idı. Az sonra yaşlı bir qadın bizə yaxınlaşdı. Cəmi bircə manat pulu olduğunu bildirdi. Sürücü biz onu tələsdirdiyimizdən əlacsız razı oldu. Taksi yerindən tərpənmək istəyirdi ki, cavan bir oğlan maşına yaxınlaşdı. Sürücü bir manat ödəmiş qoca qadını maşından düşürdü.

- Xala, biz Sumqayıta gedəsi olmadıq, arxadakı maşınlara yanaş - dedi.

Bilirsiniz bu, məndə necə ikrah oyatdı, amma hirsimi boğdum, danışmadım. İndi də belə hadisə ilə qarşılaşacağımdan və əsəblərimin tarıma çəkiləcəyindən qorxub taksi ilə getmək fikrindən daşındım. Tədbirə getmək fikrindən də əl çəkdim. Onsuz da çata bilməyəcəkdim. Üstəlik də üst-başım palçıq idi, bu kökdə ora necə gedə bilərdim. Metroya düşüb evə qayıtmağı qərara aldım.

Yolum “20 Yanvar”x9d şəhidlərinin abidəsinin qarşısından keçirdi.  Bir anlıq duruxdum və bu əzəmətli abidənin qarşısında dərin  xəyala daldım. Axı bu gün yanvarın 18-i idi. Böyük faciənin ildönümünə sayılı günlər qalırdı. Bəlkə də bu gün başıma gələnlərin hamısı elə bunun üçün imiş. Bəs niyə mən bu abidənin qabağına bir təsadüf nəticəsində gəlməli idim?

Adətim üzrə  “Fatiha”x9d surəsini oxuyub, salavat çevirdim və yerin altına ”“ metro stansiyasının içinə doğru irəlilədim.

İndi də metronu gözləyirdim. Bir neçə üzücü dəqiqədən sonra nəhayət qatarın gur projektoru uzaqdan tuneli işıqlandırdı.

Bu günkü uğursuz günümün və bir də abidənin qarşısında dayanarkən keçirdiyim hisslərin təsiri altında qatara daxil oldum.

Kəndə gedərkən metroda eşitdiyim sözləri xatırladım. “Qapılar bağlanır, növbəti stansiya “20 Yanvar”x9d... Anadolular demiş, iştə, 20 yanvar...

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO