İndi məni ağladan millətin əhvalıdı...

İndi məni ağladan millətin əhvalıdı...

Hazırda oxunan: İndi məni ağladan millətin əhvalıdı...

65342
Moderator.az əslən Kəlbəcərdən olan istedadlı qələm sahibi Hüseyn Mirzənin növbəti şeirini oxuculara təqdim edir:




Ölüm, doğum...

Ölüm ölənə bayram, bayrama sevinmek var;
(Necip Fazil Kısakürek)

Əvvəlllər ağlayardım,
Bir yaxınım öləndə...
Bir ocağın çırağı
Öləziyib sönəndə.
Gecə ulduzlu göydən,
Bir ulduz küsüb qaça
Ətrafında qalanlar,
Sayrışan işıq saça!
Düşünərdim ki, fələk
O gün yerə gələrək,
Bizlərdən bir can almış,
Kimsə atasız qalmış!
Kimsə anasız qalmış!...

Üzülərdim, üzülər...
Düşündükcəxa0
gözlərimdən axan yaşlarxa0
yanağıma düzülər.

***
İndi qanıram artıq
Ölmək yox olmaq deyil!
Ölümün gərəkliyi,
Heç də çox olmaq deyil!
Ölüm də əslindəxa0
lap doğum kimi,
Ömrün yurd yerini dəyişməsidi...
Həyatın mənası olmazdı axı,
Varlıqlar şəklini dəyişməsəydi!

***
Bir körpənin doğumunaxa0
Sevinirik biz...
Kim olduğunu bilməsək belə!
Tanıdığı, sevdiyi ruhun doğuşunaxa0
Necə sevinməsin bəc ruhlar hələ?!

Anadan doğulan körpələr kimi
Ruh da canın qəfəsindən doğulur!
Körpə doğulduqda düşən ciftdisə,
Ruh da çıxan kimi bədən boğulur!

***
Biz hər ölümə kədərlənirik,
Ürəyimiz dolur, qəhərlənirik!
Elə “ölümlər”x9d var,
bizi yandırır...
Yaşamaq həvəsin bəzən öldürür!
Elə ölümlər var,
xa0bizi qandırır...
Həyat ehtirasın bir az söndürür!

Amma ölüm də bir növ doğuşdu,
Ruh candan ayrıldı, ruha qovuşdu!
Üsyankar ağlayıb, bağırıb bala
Sevdiyin ruhları peşiman etmə,
Dərdi Allah verir,
Şükr etmək gərək!
İçində çək,xa0
yadlara heç nişan etmə!

***
Əvvəlllər ağlayardım,
Bir yaxının öləndə...
İndi düşünürəm, indi susuram!
Çəkilib kənara düşüncəmlə mən,
Ölənin başında biz dirilərin,
Oynadığı oyunları pusuram!
İndi məni ağladan,
Ölünün yox, dirilərin halıdı!
İndi məni ağladan,
Millətin davranışı,
Durumu, əhvalıdı!
Ağlayıram için-için
“Ölüb”x9d gedən torpağımı!
Ağlayıram tapdalananxa0
Namusumı, papağımı!
Kişiliyin, ərənliyin
Ölümünə ağlayıram!
Azərbaycan dövlətinin
Əsarətdən qurtularaq,
Azadlıqdan tiranlığa,
Dönümünə ağlayıram!


17.09.2013

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO