Ömrümün payız fəslidir

Ömrümün payız fəslidir

Hazırda oxunan: Ömrümün payız fəslidir

63579












Ömrümün payız fəslidir, 
Yarpaq- yarpaq soluram mən, 
Hər keçən gün bir az daha, 
Bürünüb kədərə, aha, 
Solub, xəzan oluram mən.

Ömrümün payız fəslidir, 
Ləçək- ləçək ömrümdən ax...
İtirirəm günlərimi, 
Bitirirəm günlərimi, 
Xatirəmdə yenidən bax...

Ömrümün payız fəslidir, 
Uçub gedib quşlar kimi
Gəncliyim də əllərimdən, 
Axır indi gözlərimdən, 
Xatirələr yaşlar kimi.

Ömrümün payız fəslidir, 
Yazım keçib, bitib yayım, 
Qarlı qışdır önümdəki, 
Bir qorxudur gözümdəki, 
Önümdəki ilim, ayım...

Ömrümün payız fəslidir, 
Yarpaq- yarpaq soluram mən, 
Hər keçən gün bir az daha, 
Yaxınlaşıb mən Allaha, 
İtirəm, yox oluram mən...

 

Yaşar Süleymanlı

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO