Məndən şeir istəyən qız

Məndən şeir istəyən qız

Hazırda oxunan: Məndən şeir istəyən qız

54967
Əsasən satirik, sosial məzmunlu şeirləriylə tanıdığımız Heydər Oğuz arada məhəbbət şeirləri də yazır. Moderator.az oxucularını şairin bəzi sevgi şeiriylə tanış edirik.


Məndən şeir istəyən qız


Məndən şeir istəyən qız
Könül də tarla kimidir.
Sevgi dolu bir toxumu
Sözə çevirən zəmidir.

İstəyirsən bir meyvənin
Şirəsini sən içəsən
Buyur, ora sevgi ək ki,
Söz bəhərini biçəsən.

Bir gözəlin əlindədir
Şeirdəki hünər, uğur.
Ürəyim söz ləyənidir,
Öz şeirini özün yoğur.

Nə yoğurub, nə yapmaqla
Sanma ki, çörək tapılar.
Qapalıdır müftə yemə
Ürəyimdəki qapılar.

Məndən şeir istəyən qız
Sanma, şeiri şair yazar.
Şair sözü köçürəndir,
Gözəllərdir əsl yazar.

Qol çırmala, bu zəmiyə
Öncə bir səp dən istərsən.
Mən gözlərkən səndən şeir
Onu məndən sən istərsən?



Benim huyum hırçın değil

Her sırt aşkı taşıyamaz
Sevgi heybe, hurcun değil.
Kalp var, aşksız yaşıyamaz,
Bu iş senin harcın değil.

Kaleme el sürmem artık,
Mektup yazıp dürmem artık,
Uykuna da girmem artık,
Benim huyum hırçın değil.

Baharatsa sevgide naz,
Kıvam için olmalı az.
Sütlaca da süt verir haz
Üstündeki tarçın değil.

Kalbi tuttum sana açık,
Demedim, gel, kalbimi yık!
Sevmiyorsan, gönlümden çık,
Gönlüm kale burcun değil.

Ben bir koçum, sen bir aslan,
Sen et yersin, bense saman.
Ayrılalım akmadan kan,
Burcum, senin burcun değil.

Yıkınca gönül kalemi,
Haydarım, kırdım kalemi.
Görürsen, sorma halimi,
Bunu sormak borcun değil.


Zalım qızı

 

Dərdin nədir, zalım qızı?!
Nə dediyin bəlli deyil.
Necə çəkim mən bu nazı?
Bəhanən qırx, əlli deyil.

Get-gəlini sən kəsəli
Verənim yox bir təsəlli.
Sən məndən küsdün-küsəli
Dünyam da get-gəlli deyil.

Söylədiyin əyri-düzün
Anlamı nə, yoxsan özün?
Qulağıma çatan sözün
Dərdimə təsəlli deyil.

Bəxt də küsüb sən küsəndən,
Aramızdan yel əsəndən,
Bir xatirə qalıb səndən
O da düz-əməlli deyil.


Həvvanın qızı


Sən alnıma qırış salan yazısan,
Eşqin mənim ürəyimi puç eylər.
Nə etməli, sən Həvvanın qızısan,
Səni görüb Adəm oğlu suç eylər.


Həyatımın yoxuş enən çağında
Qovururam canı həsrət dağında
Ağ qalmayıb gözlərimin ağında
Dərdin yaman ürəyimə güc eylər.


Təslim olub sənə könül qalası,
Neyləsəm də yoxdur canın xilası.
Bu nə nazdır, ay zalımın balası,
Gözlərimdə o dünyanı heç eylər.


Bilmirəm mən, diriyəm, ya ölüyəm,
Sönən hansı bir ocağın külüyəm.
Şübhə etmə, eşitsən ki, dəliyəm,
Səni görüb ağlım başdan köç eylər.


Dalğın görsən, sanma, vardır suç məndə,
Məcnun olub Heydər kimi az bəndə?
Sevgi salıb Şeyx Sənanı kəməndə,
O bir dərd ki, alimi də gic eylər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO