Millilikdən bəşəriliyə...

Millilikdən bəşəriliyə...

Hazırda oxunan: Millilikdən bəşəriliyə...

123286
Ədəbiyyat o zaman böyük və ciddi sənət səviyyəsinə yüksəlir ki, orada öz bədii əksini tapan problemlər milliliyi, xəlqiliyi və ümumbəşəriliyi ilə seçilsin. Bədii əsərlərdə millilik, xəlqilik dedikdə, xalqın ictimai təfəkkürünün, tarixi varlığının, milli düşüncə tərzinin, dilinin, dininin, mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin dərki və bütün bunların bədii inikası nəzərdə tutulur. Yazıçı o zaman xalq sənətkarı səviyyəsinə yüksəlir ki, o, həqiqətən də xalqın ruhunu duyur, onunla birgə nəfəs alır və xalq həyatını bütün dolğunluğu ilə işıqlandıra bilir.
Ümumbəşəriliyə gedən yol millilikdən və xəlqilikdən keçir. Bu cəhət müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrində özünü qabarıq göstərir.xa0
Bu baxımdan çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Seyran Səxavətin yaradıcılığı öz milliliyi, xəlqiliyi, toxunduğu problemlərin aktuallığı və ümumbəşəriliyi ilə diqqəti cəlb edir. Onun yaratdığı hər bir xarakter milli koloritlə yanaşı, həm də özündə xa0bəşəri dəyərləri ehtiva edir. Seyran Səxavətin əsərlərində millilik ümumiliyin, ümumbəşəriliyin tərkib hissəsi kimi özünü göstərməklə yanaşı, həm də obrazların mənəvi-psixoloji yaşantılarının əsas ifadə vasitələrindən biri kimi çıxış edir.xa0
Ümumiyyətlə, bədii ədəbiyyatda, yaradıcılıqda milliliyə və bəşəriliyə nail olmaq üçün sənətkarın qələmə aldığı mövzu dərin milli və bəşəri məzmuna, ictimai-əxlaqi mündəricəyə, həyati əhəmiyyətə malik olmalı, xalqın taleyi, tarixi müqəddəratı ilə bağlı işıqlı ideallara, ümumbəşəri problemlərə cavab verməlidir. Bu mövzunun əsasında dayanan obrazlar xalqın istək və arzularının həqiqi daşıyıcıları olmalı, onun milli-mənəvi xüsusiyyətlərini öz varlığında yaşatmalı, həm ideya-məfkurə, həm də fərdi cəhətlərinə görə seçilməli, dövrün, zamanın tələblərini və ümumxalq problemlərini həll etməyə qadir olan bütöv, kamil xarakter səviyyəsinə qalxmalıdır. Bu əsərlərdə qoyulan problemlər sosial-psixoloji və mənəvi-etik məzmunca zəngin və aktual olmalı, yüksək səviyyədə öz həqiqi bədii həllini tapmalı, yaradılan obrazlar sənətkarlıqla işlənilməlidir.
xa0Qeyd edək ki, bu məsələlər Seyran Səxavətin yaradıcılığının ana xəttini, özəyini təşkil edir. Ümumbəşəri mövzular hesab olunan - həyat və ölüm, dünya və insan, xeyir və şər, əxlaq və mənəviyyatsızlıq problemi, fərdin və bütövlükdə cəmiyyətin faciəsi yazıçının qələmində yüksək psixoloji səviyyədə, konkret hissi formalarda öz bədii təcəssümünü tapmışdır. Ədibin bütün əsərləri problem ciddiliyi, tarixiliklə səsləşən müasirliyi, həyati materialların zənginliyi, müəllif mövqeyinin fəallığı ilə diqqəti cəlb edir.xa0
Azadlığı əlindən alınan, torpağından didərgin salınan, öz vətənində köçkün həyatı sürən, mümkünsüz qayıdışın əzabını yaşayan, məğlub edilən və hələ də məğlubiyyətini dərk edə bilməyən, dərk edə bilmədiyi üçün də yeni bəlalara sürüklənən millətin faciəsini özündə əks etdirən “Nekroloq”x9d, “Yəhudi əlifbası”x9d, “Qızıl teşt”x9d, “Sanatoriya”x9d, “Ocaq daşı”x9d, “Ağrı”x9d, “Persona non qrata”x9d və s. əsərlərində yazıçı sanki ciddi bir xəbərdarlıq, çağırış intonasiyası ilə cəmiyyətə üz tutur, insanları öz tarixi kimliyini, milli mahiyyətini dərk etməyə çağırır, düşündürür və düşdüyü bəlalardan xilas olmağın yollarını göstərir. Bu əsərlərdə insanların pula satılması, mənəviyyatın kirəcləşməsi, deformasiyaya uğraması, milli dəyərlərin aşınması kimi bütün dövrlərdə və cəmiyyətlərdə özünü göstərən insani naqisliklər fəal yazıçı mövqeyindən güclü tənqid edilmişdir.xa0
Seyran Səxavətin “Yəhudi əlifbası”x9d əsərində geniş mənada totalitarizmin, despotizmin tənqidi, tirançılığa, avtoritar rejimə, sadizmə qarşı mübarizə mühüm yer tutur. Yazıçının işıqlandırdığı bu məqamlar regional məsələ deyil, sözün tam mənasında, ümumbəşəri mahiyyət, planetar səciyyə daşıyır. Seyran Səxavətin yüksək sənətkarlıqla yazdığı bu əsərdə zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Ədib həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində, mahiyyət etibarilə, ümumbəşəri problem olduğu aydınlaşır. O, ümumbəşəri problemlərə və planetar mövzulara toxunduqca bu və digər dərəcədə şərti-metaforik üslubun ifadə imkanlarından bəhrələnir. Şərti-metaforizmdən istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verir. Bu barədə professor Tofiq Hüseynoğlu maraqlı bir fikir söyləyir: “O əsərdə ki, şərti-metaforik plan var, orda fəlsəfə var, orda əzəli və əbədi məsələlərin mahiyyətini ifadə edən mənalar var, orda millilik və bəşərilik var”x9d.
“Yəhudi əlifbası”x9d romanının əvvəlində yazıçı real həyat həqiqətlərinin, insan cəmiyyətindəki naqisliklərin, mənəvi çatışmazlıqların fonunda bəşəriyyəti uçuruma aparan bir sıra aktual, ümumbəşəri problemlərə toxunmuşdur. Romanı oxuduqca müəllifin toplumun köklü problemlərini bədii həqiqətə çevirmək və həmin əngəllərə qarşı ictimai mübarizə əzmini gücləndirmək cəhdi diqqəti cəlb edir. Xalqın mentalitetində əsrlər boyu qorunub-saxlanmış əxlaq, davranış, adət-ənənə və bu kimi digər mənəvi dəyərlər getdikcə sürətlə öz təməlindən qopur, ayrılır, insanlar şərin, nəfsin və ehtirasların əsiri, qurbanı olur. Bu cür sosial ziddiyyətlərin kökündə ictimai ədalətsizlik, vicdansızlıq, mənəvi cəhətdən kasadlıq və s. kimi amillərin durduğunu vurğulayan yazıçı əsərin əvvəlində zamanın, dövrün təzadlarla dolu, acınacaqlı bir mənzərəsini yaradır. Hadisələrin təsvirində müəllif rəmzi-simvolik bir obraz yaradır: Gələn. O gələn kimi Yer kürəsi ölü sükuta bürünür və Gələn insanları əməllərinə görə imtahan edir:
“İnsan Adəm və Həvva deyilən saatdan sizlərin dik qaxdığınız saata qədər çooox uzun bir yol keçib və Sizin qiymət almaq saatınız yetişib, qulaq asın”¦
xa0- Sülh ”“ iki, müharibə ”“ beş. Gözütoxluq ”“ iki, nəfs ”“ beş. Allah xofu ”“ iki, Allahsızlıq ”“ beş. Həqiqət ”“ iki, yalan ”“ beş. Könüllülük ”“ iki, zor ”“ beş. Hippokrata sədaqət ”“ iki, terror ”“ beş. Əl tutmaq ”“ iki, əl kəsmək ”“ beş. Vətənpərvərlik ”“ iki, özünüsevərlik ”“ beş. Halal ”“ iki, haram ”“ beş. Təbiətə sevgi ”“iki, təbiəti xaraba qoymaq ”“ beş. Səmavi həzz ”“ iki, narkohəzz ”“ beş. Alnıaçıqlıq ”“iki, üzüqaralıq ”“ beş. Sivilizasiya ”“ iki, yerində saymaq ”“ beş. Mərdlik ”“ iki, yaltaqlıq ”“ beş. Mərhəmət ”“ iki, qaniçmə ”“ beş. Mənəvi quraqlıq ”“ iki, zina ”“ beş. Söz ”“ iki, boşboğazlıq ”“ beş. Səs ”“ iki, həvəs ”“ beş . xa0
Bütün bunları əsas götürərək qərara alıram: Bütün Bəşəriyyət haqqında cinayət işi qaldırılsın. Bu hökmdən bir ay müddətində Allahdan yuxarı bir kimsə tapsanız, xa0quşların vasitəsilə ona şikayət xa0edə bilərsiniz”¦ Gələn bu sözləri deyərək necə gəlmişdisə, eləcə də getdi.xa0
Bəşəriyyət ayaq üstə donmuşdu, heykələ dönmüşdü, axır ki, bəşəriyyətə də heykəl qoyan tapıldı”¦”x9dxa0
Bu mənzərəni yaratmaqla Seyran Səxavət təkcə bizim cəmiyyətimizi deyil, bütövlükdə bəşəriyyəti saran ictimai eyiblərə, naqisliklərə, qüsurlara ayna tutur, insanlığın mübtəla olduğu bu ümumbəşəri xəstəlikdən - mənəvi şikəstlikdən xilas olmağın yollarını arayır. Bu sətirləri oxuduqca müəllifin, sözün həqiqi mənasında, təkcə özümüzü, öz xalqımızı, ümmətimizi deyil, bütün bəşəriyyəti narahat edən məsələlərə eyni həssalıqla yanaşdığının şahidi oluruq. xa0
“Yəhudi əlifbası”x9d romanının əvvəlində təsvir olunan bu epizodu nəzərdən keçirdikcə aydın olur ki, yazıçı insan xislətinin mürəkkəbliyini, onun təbiətindəki ziddiyyətləri və insanlığın getdikcə sürətlənən faciəsini dərindən duyur, bunun etik-psixoloji köklərini təhlil etməyə çalışır. Bu epizodların təsvirində yazıçı şərti-metaforik kolliziyadan istifadə etsə də, sərt və amansız müəllif mövqeyi ilə yadda qalır.xa0
xa0“Yəhudi əlifbası”x9d romanında ədib cəmiyyəti narahat edən bir çox siyasi, sosial-psixoloji və mənəvi-etik problemlərə toxunmuşdur. Hər bir hadisəyə yanaşmada şərti-metaforik və satirik üslubun imkanlarından məharətlə istifadə etmiş, obrazların təsvirində güclü psixoloji analizlərə yer vermişdir. Üslubun verdiyi imkanlar daxilində zəngin obrazlar qalereyası yaradan Seyran Səxavət əsərdə bir çox məsələlərə zahirən sadə, ancaq batində məntiqi və dərin yanaşmışdır. Üslubuna, mövzu aktuallığına, süjetinə, kompozisiyasına, tamlığına, məzmun-forma bütövlüyünə görə nəsrimizdə xüsusi yer tutan bu roman həm milli, həm də bəşəri problemlərə ayna tutan və onların həllinə çalışan bir əsər kimi yadda qalır. xa0Əsərdə mükəmməl ümumiləşdirmə ilə yaradılmış, düşüncələrimizə birbaşa təsir edə və yazıçı mövqeyini dolğun şəkildə ortaya qoya bilən insan xarakterləri və taleləri diqqəti cəlb edir. Bu surətlərdən bəziləri tiranlığı, avtoritarizmi ilə seçilən ümumiləşdirilmiş obrazlardır. Maraqlı burasıdır ki, bu qədər obraz və onların yaşantıları, daxili əzab və sarsıntıları barədə söhbət açarkən yazıçı əsərin mürəkkəb süjetini elə sistemlə qurur ki, epizodlar bir-biri ilə tam məntiqi ardıcıllıqla əlaqələnir. xa0Bu mənada Özünü axtaran adamın Füsunkarla söhbətini əks etdirən səhnə də olduqca maraqlıdır: “Özünü Axtaran Adam Füsunkardan soruşdu:
-Nəslinizdə-kökünüzdə şairdən-zaddan olmayıb ki?
-Bu hardan gəldi ağlına? ”“ Füsunkar onun sualını bir az da suallandırdı.
-Elə-belə soruşdum”¦ öz adın Füsunkar, atan Qələmkar, baban Səhlənkar, ulu baban Minnətdar”¦ Hamınız qafiyələnmisiniz, ona görə”¦ Babalarından heç şair olanı var?
-Allah eləməsin, nə danışırsan, bircə elə şairimiz kəmdi. Mənim babalarımın hamısı tacir olub, elə bu gün də hamımız tacirik, biznesmen..
-Nə alıb-satırsınız?
-Hər şey”¦
-Hər şeyi alıb satanlar, axırda, sən deyən kimi, elə hər şeyi satırlar. Əllərinə bir şey keçməyəndə satqınlıq eləyirlər, bu da bir növ elə sən deyən kimi, tacirlikdi, biznesdi. Dünyada bir bazar var”¦ Orda hər şeyi satmaq olar, dostu, torpağı, əqidəni, namus-qeyrəti”¦ ölkələri”¦xa0
-İndi soruşmaq istəyirəm ki, sizinkilərin o bazarla əlaqəsi var? ”“ Bu dəfə qeyri-adi Özünü Axtaran Adam irəli bir addım atıb dayanan kimi Füsunkar bir addım gerilədi və məsafə yenidən əvvəlki həddinə yetişdi.
-Sən nə danışırsan”¦ O bazar dünyanın böyük dövlət başçılarının nəzarətindədi. Ora girərsən”¦ ancaq çıxa bilməzsən”¦”x9dxa0
Maraqlı bir məqamdır ki, müəllif istehza-satira yolu ilə yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Buna görə də əsərlərində öldürücü satira vasitələrindən məharətlə istifadə edərək bu yolla sosial-ictimai qüsurların islahına çalışır, tipi öz dili ilə ifşa etməklə hadisə və xarakterlərin təbiətindəki komizmi, gülünclüyü, naqisliyi oxuculara təqdim edir.
Seyran Səxavət cəmiyyətin inkişafına, tərəqqisinə mane olan cəhalətə, mənəvi geriliyə rəvac verən ictimai bəlaları, əxlaqi qüsurları tənqid edərkən satiranın ən yüksək forması sayılan ifşaçı gülüşdən məharətlə istifadə edir. Ümumiyyətlə, real həyatdan və xalq təfəkküründən qidalanıb meydana çıxan satirik gülüş həmişə yazıçının əlində ali mərama, böyük ideallara xidmət edən kəskin ictimai-siyasi mübarizə silahı mövqeyində olur. Cəmiyyətin, məişətin, mənəvi həyatın bütün sahələrinə nüfuz edən, köləlik və istismar dünyasının ən qaranlıq guşələrini açıb göstərən, onun çirkin, eybəcər təbiətini üzə çıxardan satirik gülüşün tənqid hədəfləri saysız-hesabsız, təsir dairəsi olduqca genişdir.xa0
xa0“Eybəcərliyin eybəcər olduğunu dərk etdirən”x9d, ona qarşı nifrət, mübarizə hissi oyadan bu gülüş öz nikbin, humanist məzmununa, bəşəri mahiyyətinə görə həmişə, hər yerdə tənqid atəşinə tutduğu hədəfdən, qanun və qaydalardan, qüsur və nöqsanlardan qat-qat yüksəkdə durur, mütərəqqi fikirlərin, ideyaların tribunasına çevrilir. Həyatın, ictimai varlığın ən eybəcər, ən iyrənc cəhətlərini ifşa edərkən belə işıqlı, nurlu təbiətini qoruyub saxlayır.xa0
Satirik, ironik yanaşmanın məzmunu, ictimai kəsəri onun tənqid hədəfinə çevirdiyi mövzudan, həyat materialından doğur. Bu isə yazıçıdan həyatı düzgün əks etdirmək bacarığı ilə bərabər tənqidi təfəkkür tələb edir. Cəsarətlə deyə bilərik ki, Seyran Səxavətin bütün yaradıcılığı bu tələbə ən yüksək səviyyədə cavab verir, xüsusilə xa0“Yəhudi əlifbası”x9d əsəri yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, mübarizliyi ilə seçilir.xa0
Əsərlərindəki kəskin satiradan, ironiyadan aydın duyulur ki, Seyran Səxavət hər zaman ”“ həm düşüncəsində, həm də əməllərində haqqın və ədalətin müdafiəçisi olmuşdur. Cəsarətli, aydın mövqeyi yazıçının şəxsiyyət və xarakter bütövlüyü ilə əlaqədardır. Yazıçının milli-mənəvi varlığında bu xüsusiyyətlər bütövlüyü və tamlığı ilə üzə çıxır. Elə buna görə də onun bədii personajları yaşadığımız dövrdə nadir rast gəlinən insan mənzərələridir.xa0
O, əsərlərində insanların azad, asılı olmadan yaşamaq haqqını o şəkildə ifadə etmiş və qabartmışdır ki, xa0bununla əsər boyu qaldırdığı problemlərin sadəcə lokal səciyyə daşıdığını deyil, planetar, ümumbəşəri mahiyyət kəsb etdiyini vurğulamışdır. xa0
Müəllifin qələminin üstün, qüdrətli cəhətlərindən biri də budur ki, o, ədalətsizliyin, özbaşınalığın, dərəbəyliyin baş alıb getdiyi bir mühitdə, cəmiyyətdə hüquqi qanunların görmədiyi, yaxud görmək istəmədiyi bir işi ”“ yəni, haqqın, ədalətin müdafiəsi işini öz üzərinə götürür və onu ləyaqətlə həyata keçirir.xa0
Bəli, “qanunların qılıncı işləməyən yerdə satiranın qılıncı iş görür”x9d. “Yaramazlıqların heç də hamısını qanun açıb göstərə bilməz. Qanun yaramaz xislətli insanın mənəvi pozğunluğunu deyil, cinayəti və pis əməlləri cəzalandırır. Bu, qanunların və cəzanın dairəsindən kənarda qalan bir şərdir, ona görə həmin şər satira vasitəsilə aşkar və rüsvay edilməlidir”x9d.xa0
Ümumiyyətlə, qanunların özü heç vaxt mükəmməl ola bilməz, indiki halda onlar müəyyən şərti mündəricəyə malikdirlər. Satira eybəcərliyi ifşa edərkən onun qanunun hansı maddəsinə uyğun gəlib-gəlmədiyinə deyil, satirikin qəlbində qərar tutmuş hər hansı mənəvi ideala nə dərəcədə zidd olduğuna fikir verməlidir.xa0
Bu xüsusiyyət, yəni qanunların əli çatmayan xa0ictimai bəlaları, cəhalət, rəzalət və eybəcərliyi ifşa cəhətdən Seyran Səxavət sələflərinin cəsarətli yolunu uğurla davam etdirərək, əsərlərində satirik gülüşün kinayə, sarkazm, ironiya, məsxərə və s. formalarından son dərəcə məharətlə istifadə etmişdir. Əsərlərinin adına diqqət yetirdikdə yazıçının özünəməxsus ədəbi tərzi, hadisələrə ironik baxışı açıqca görünür. Məsələn: “Yəhudi əlifbası”x9d, “Nekroloq”x9d, “Qızıl teşt”x9d və s. xa0Bu əsərlərin əsas özəyini ”“ obrazlara yazıçı münasibətinin ilk rüşeymini yumor, istehza və sarkazm təşkil edir.
Məmməd Arif Dadaşzadə yazırdı ki: Axundovun tənqidi pozitiv səciyyə daşıyır, yəni bu tənqidin arxasında böyük və müsbət fikir, gözəl bir məqsəd, müqəddəs bir ideal durur”x9d.xa0
Sələfi, böyük mütəfəkkir Mirzə Fətəli Axundov kimi Seyran Səxavət də “istehza və məsxərə yolu ilə”x9d yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Onun hadisə və obrazlara bəslədiyi gizli komik münasibət əslində nikbin əhvali-ruhiyyədən doğur və gülüş vasitəsilə insanı düşdüyü bəlalardan arınmağa çağırır. Sənətkar bu yolla insanın daxilindəki hər cür qüsurları aradan qaldırmaq, onu düşünməyə sövq etmək, özünü dərk etməyə və vətəndaş kimi formalaşmağa, vətənin və millətin taleyi ilə bağlı düşünməyə yönləndirir. Yazıçı düşünür ki, milli birliyə milli şüuru oyatmaqla, milli düşüncəni formalaşdırmaqla nail olmaq mümkündür. Bu, Seyran Səxavətin sənət kredosu, sənət konsepsiyasıdı. Əsərlərini təhlil edərkən aydın hiss olunur ki, yazıçının mövqeyi Mirzə Ələkbər Sabirlə, Mirzə Cəlillə yaxından səsləşir.xa0
Seyran Səxavətin əsərləri dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun kəsb etməkdədir. O, ən adi həyat hadisələrini belə ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır. Seyran Səxavət aktuallığına, əhəmiyyətinə baxmayaraq hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini xa0görür və əsərləri vasitəsilə bunu göstərməyə çalışır. Yazıçı əsərlərində insan həyatının, düşüncəsinin köklü problemlərinə müraciət edir və cəmiyyətin sosial-mənəvi bəlalarını bədii sözə çevirir.
Ədib satirik ifadə tərzindən, ironiyadan geniş istifadə ilə yazdığı “Yəhudi əlifbası”x9d romanının hər səhifəsinə tükənməz fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsərdə bir-birindən maraqlı, təsirli və düşündürücü hadisələr yer alıb ki, bu da oxucuda “roman içində roman aurası”x9d yaradır. Müəllif fikirlərinin birmənalı anlaşılmaması, həmçinin zaman və məkan məhdudiyyətindən uzaqlaşmaq məqsədilə simvolik, rəmzi-alleqorik obrazlardan, şərti-metaforik fiqur, plan və situasiyalardan uğurla istifadə etmişdir. Seyran Səxavət bu romanı yaşadığı dövr və insanlar haqqında tarixi, bədii və psixoloji həqiqət kimi qələmə almışdır. Tarixiliklə müasirliyin vəhdəti, eyni zamanda gələcəyə xitabla yazılmış bu dərin məzmunlu əsər sosial-ictimai problemlərin bədii əksi, psixologizmi, şərti-metaforizmi, problematikası, sənətkarlığı və yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı ”“ özünü dərk etmək iqtidarında bulunan bütün xalqların əlifbası xa0ola bilmək səviyyəsinə yüksəlmişdir. İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı “Yəhudi əlifbası”x9d romanı ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır.xa0
Əsərdə qoyduğu problemin son dərəcə zəruriliyi, cəmiyyəti daha çox düşündürən məsələlərə can atma meyli, həm də bunun yüksək poetik tələblər səviyyəsində, orijinal milli qəlibdə, yüksək bədii-estetik keyfiyyətdə ifadəsi cəhdi Seyran Səxavətin yaradıcılığını şərtləndirən əsas amillərdəndir. Onun əsərləri qaldırdığı sosial-psixoloji və mənəvi-əxlaqi problemlərin aktuallığı, üslub, forma, ifadə tərzi, fikir yeniliyi, keçmişin faciəli səhnələrini əks etdirmə gücü, tarixlə müasirliyin orijinal şəkildə əlaqələndirilməsi baxımından diqqəti cəlb edir.
Bütün epizodları nəzərdən keçirdikcə aydın olur ki, yazıçı insan xislətinin mürəkkəbliyini, onun təbiətindəki ziddiyyətləri dərindən duyur və bunun etik-psixoloji köklərini təhlil etməyə çalışır. Və bu qəribəliklərdən doğan daxili psixoloji gərginlik, obrazın fərdi yaşantıları oxucunu son dərəcə mürəkkəb insan həyatının nəhayətsiz sirləri ilə tanış edir.xa0
xa0“Yer kürəsi o qədər zəifləmişdi və zəiflədikcə o qədər həssas olmuşdu ki, bir adamın tüpürcəyindən də ekoloji hücuma məruz qalırdı. Bu dünyanın o vaxtı idi ki, bir arı ailəsi yarım kilo bal ərsəyə gətirmək üçün milyon dəfə çiçəyə qonmağa məcbur idi. Ancaq min il bundan əvvəl arı ailəsi o qədər bal yığmaq üçün min dəfə çiçəyə qonanda bəs eləyirdi. Bir-iki saniyə yemək-içməkdən əl saxlayıb fikirləşin də, zəhmət olmasa. Fikirləşin, siz Allah, görün niyə belədi? xa0 Fikirləşsəniz, görəcəksiniz ki, adamların yırtıcı nəfsinin ucbatından Yer kürəsinin sərvətlərinin 80 faizi tükənib. Yer kürəsi bəşəriyyətin öz oxu və günəş ətrafında fırlanan elə nəhəng qazanıdı ki, gün ərzində ora milyardlarla çömçə girib çıxır, çoxu da boş qayıdır və çömçələrin səsindən dünyanın qulağı batır, bəzən də çömçə müharibəsi başlayır, davam eliyir, qurtarmaq bilmir ki, bilmir.
Budur, tərəqqipərvər Bəşəriyyət! Budur yalançı və özündən müştəbeh adamların tarix yazdığı intibah zamanlarını adlayıb keçmiş sivil Bəşəriyyət!xa0
Ayılın də! Silkələnin! Silkələnin, tozunuz tökülsün! Gecikməyin!xa0
Yer kürəsindən saniyədə on altı milyon ton su buxarlanır ”“ yaranışından. Heç bilirsiniz bu nə deməkdi? Yerdən buxarlanan milyonlarla ton su təzədən Yer kürəsinə səpələnir. Milyard illərlə davam eləyib bir an da dayanmayan bu proses, sirkulyasiya Allahın Yer kürəsini adamlar üçün təmiz saxlamaq cəhdidi... Bəs adamlar neyləyir? Özünüz yaxşı bilirsiniz adamların neylədiyini..
Tərəqqipərvər bəşəriyyət! Onu da deyim ki, konkret bir adamı tənqid eləməkdənsə, bəşəriyyəti tənqid eləmək daha rahatdı. Çünki bu tənqidi heç kəs öz üzərinə götürməyəcək, hamı fikirləşəcək ki, yox əşi, mən olmaram... deyilənlər mənə aid deyil... Ancaq Bəşəriyyət deyiləndə hamı ordadı, elə mən də...”x9d
Şərhsiz... izahsız... sadəcə mükəmməl və doğru ünvanlanmış tənqid... Hamının görüb özünə etiraf edə bilmədiyi günahlarımızı sadalayır müəllif. Bu parçanı daha da dolğunlaşdıran məhz yazıçının son dərəcə nigaranlıqdan doğan sıxıntıları, narahat vicdanının, ürəyinin sızıltıları və oxucuya səmimiyyətlə yanaşmasıdır.
Bəşəri naqisliyin, eybəcərliyin tənqid və ifşasına həsr olunmuş sənət əsərlərində satira və yumordan həmişə istifadə olunmuş, bu gün də istifadə olunmaqadadır. Əgər mövcud olan qüsurlarımızı aradan qaldıra bilməsək, mənəviyyatımızdakı aşınmanın qarşısını ala bilməsək, böyük ehtimal ki, gələcəkdə də istifadə olunacaqdır. Çünki həmişə, hər yerdə heç kimdən, heç nədən qorxmadan həqiqətin keşiyində dayanan satirik gülüş haqqı, ədaləti müdafiə edən ədəbiyyatın əbədi materialı olacaqdır.xa0
“Adamlar Yer kürəsinin gözəlliklərindən vəcdə gəldiklərini dilə gətirib tərifləyə-tərifləyə planetimizi kasıblaşdırıb, onu doğub-törəməz elədilər. Tərifləyə-tərifləyə dağıdıb parçaladılar, onu da söküb öz istədikləri kimi yenidən yığmaq, quraşdırmaq istədilər. Belə getsə, adamlar gözlərində bərəlmiş nəfsin prinsiplərini “əldə rəhbər tutaraq”x9d bir az da dərinə gedəcəklər, nəfsin atdığı lağımlar dərinləşdikcə, Yer kürəsini əvvəl-axır öz oxu ətrafından çıxaracaqlar ”“ buna heç şəkk-şübhəniz olmasın.
Allah həqiqəti adamlardan çox üstün tutub. Həqiqəti sevən Allahımız rəhmdil olsa da, hər şeyin bir həddi də olmalıdı axı. Ancaq hələ vaxt var, yer kürəsini xilas etmək, yüz illərlə onun insan əlindən aldığı yaralara elə insan əli də məlhəm qoyub sarımaq, dərdinə çarə eləmək olar...Vallah olar... Allah insanlığa ”“bəşəriyyətə Yer kürəsinə qarşı törətdikləri ağır cinayətlərə görə cəza verib. Yer kürəsinin əhalisi Allah qarşısında mənəvi məsuliyyət daşıyır, axı. xa0Məsələyə bu cür yanaşanda dünyanın tən ortasına göydən bir sual göndərilir: “ Ey insanlar! Siz nəfsin möhtəşəm bayrağı altında özünüzü niyə elə apardınız ki, yeri-göyü yaradan böyük və tək Allahınız yaratdıqlarının içində ən çox istədiyi sizlər haqqında ”“ öz bəndələri haqqında belə ağır cəza hökmü çıxarsın?! Böyük xa0Allahımızın belə bir hökm çıxarması onun üçün çox çətin olub ”“ bizi sevdiyinə görə . Əcəba, biz bəndələr onun hüzurunda kimik ki, böyük Allahımızı belə addım atmaq məcburiyyəti qarşısında qoyduq. Axı bizim kimisinə rəhm eləmək çox çətindi... Adamlar günahlarını təsbeh muncuğu kimi dənəvər-dənəvər düzə-düzə gedir. Hər adamın günah təsbehini öz boynuna dolasan, çəkib apara bilməz ”“təsbeh nə uzunluqda olarmış... Bəndənin günahı nə qədər böyük olsa da, Allahın rəhmi də böyükdü, sonsuzdu. Amma insanlığın xa0şərə xidmət edən əməllərinə Allahın rəhm büdcəsi dözə bilməz... Bu gün bəşəriyyət yeriyəndə ombasını çəkir, axsayır, çünki yer üzündə yüz əlli milyon əlil uşaq var. Dərinə getsək, yenə adamlar günahkardı. Buna Allahın rəhm büdcəsi neyləsin?! xa0Bu gün yer üzündə bir milyarda yaxın Allah bəndəsi acından ölürsə, günah kimdədi? Günah acından ölməyənlərdədi...”x9d.
Seyran Səxavətin bütün əsərlərində bu ana xətt ”“ bəşəriyyətin taleyindən narahat bir ürəyin həyəcanları, pak bir vicdanın səsi adamın ruhunu titrədir, varlığına hakim kəsilir. Bütün əsərlərinin sonunda müəllif dünyanın, bütövlükdə bəşəriyyətin xilasını məsum körpələrin quracağı sağlam gələcəkdə görür. Uşaqların saflığı, xa0məsumiyyəti, paklığı, Tanrının uşaqlara böyük qayğısı, etimadı, uşaqların quracağı dünyanın gözəlliyi və əmin-amanlığı, demək olar ki, bütün əsərlərdə (“Persona non Qrata”x9d, “Nekroloq”x9d və s.), o cümlədən “Yəhudi əlifbası”x9d romanında aparıcı məqam kimi yadda qalır: “Dünyanın insan əli, ayağı, nəfəsi dəyməyən cənnət bir güşəsində mələklər körpələri əmizdirirdilər, doğum evinə oxşayırdı buralar, uşaqları da nömrələmişdilər, adları yox idi. Uşaqlar harda olduqlarını bilmirdilər, elə mələklər də. Onları Allah yerbəyer eləmişdi. Bu məkanda demək olmazdı ki, Zaman dayanmışdı, yaxud dayanmamışdı, bu məkanda, ümumiyyətlə, Zaman anlayışı yox idi. Bu uşaqlar xa0nə heykəlləşmiş valideynlərin balaları idilər, nə də Zamanın, bu uşaqlar Allahın balaları idilər. Allahın körpələrə bir az rəhmi gəlmişdi, yəni, əslində, körpələr Allahı bir az rəhmə gətirmişdilər. Və bu rəhm Allahın nə zamansa, adamlara elədiyi rəhmə oxşamırdı və bu rəhmin özü də körpə idi, sanki körpələr üçün idi... Bu körpələr dünyanı xilas etmək üçün xüsusi nəzarətlə böyüdülürdü, Allahın başqa çarəsi qalmamışdı...”x9dxa0
Yazıçının cəmiyyətə ünvanladığı tənqidin bundan kəsərli, bundan sərt üsulu ola bilməzdi. Müəllif uşaqların xilas edəcəyi bir dünyada insanların iç dünyasını elmin, ədəbiyyatın və incəsənətin paklaşdıracağına və uşaqların bizi hüzurlu, azad bir sabaha ”“ Aydınlığa çıxarağına bütün qəlbi ilə inanır.
Seyran Səxavətin yaradıcılığını izlədikcə bu qənaətə gəlirik ki, o, ən adi həyat hadisələrini belə ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır. Ədib aktuallığını, əhəmiyyətini nəzərə almaqla hadisələrin özünə yox, xa0fəlsəfəsinə, mahiyyətinə daha çox diqqət yetirir. Bu baxımdan Seyran Səxavətin əsərləri milli mənaya və intonasiyaya malik olduğu kimi, həm də ümumbəşəri səciyyə daşıyır. Bu cəhət yazıçının bədii ümumiləşdirmə imkanlarını genişləndirir. Beləliklə, millilikdən ümumbəşəriliyə yol açılır. xa0

Xəyalə Zərrabqızı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO