Ay adaşım, gün düşəndə dağlara,
Şəfəqlərin saçağına salam de.
Kəkliklərin qaqqıldaşan səsinə,
Əliklərin qaçağına salam de.
Bir gözəllik sərgisidi hər dərə,
Könlüm istər çiçəyini tər dərə.
Əvəzimdən səcdə qılıb Tər - tərə
O gözəllik oylağına salam de.
Dəlisiyəm qayaların, daşların,xa0
Yaz çiçəyin vurğunuyam, qış qarın.
Gül açanda Dəlidağın, Qoşqarın,
Düşəcəyəm ayağına, salam de.
Şəmşir olsa, çətin məcilis kəm keçə,
Sücaətin qoşmasından qəm köçə.
Özü kefqom, təxəllüsü Qəmkeşə
Şeir - sənət ocağına salam de.
Əliləri, Bəhmənləri bəsləyən,
Gündə təzə söz çinləyən, dəstləyən.
Yay olanda yaylaqlara xa0səsləyən
El çəkilən qucağına salam de.
Məmməd İsmayil - Məmməd Aslana 1967-ci il.





































































































