"Vətən həsrəti Sumqayıt yazarlarının dili ilə" mövzusunda tədbir keçirildi

Hazırda oxunan: "Vətən həsrəti Sumqayıt yazarlarının dili ilə" mövzusunda tədbir keçirildi

100408
Vətənpərvərlik duyğusu insanın daxilində olan ülvi bir hissdir. Hər kəs vətənpərvərliyini gördüyü işi ilə, əməlləri ilə sübut etməyə çalışır. Vətənpərvərlik məsələsi həmişə cəmiyyətimizdə aktual olub və bu aktuallığını yenə də saxlayır. Millətin vətənpərvərliyi onun birliyinin, tamlığının, bütövlüyünün təməlidir.
xa0 xa0 xa0
Moderator.az xəbər verir ki, bu gün S. Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanası Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialı ilə birgə hərbi vətənpərvərliyin təbliği ilə əlaqədar "Vətən həsrəti Sumqayıt yazarlarının dili ilə" mövzusuna həsr edilən tədbir keçirib.xa0
Tədbiri giriş sözü ilə filialın sədri, şair Sabir Sarvan açaraq qonaqları salamlayıb və mövzuya dair fikirlərini bildirib:xa0

"Uzun illərdən bəri atəşkəs rejimində yaşasaq da Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Bu baxımdan yağı düşmən tapdağı altında qalan yurd yerlərimizi azad etmək üçün ölkədə vətənpərvərlik hissinin daha da gücləndirilməsinə böyük ehtiyac var. Biz təkcə vətənimizi sözdə sevməklə kifayətlənməməliyik, yeri gələndə əlimizə silah götürüb onu qorumalıyıq. Eləcə də bu gün Azərbaycan cəmiyyətində milli həmrəylik, milli səfərbərlik, milli şüurun inkişafı və vətənpərvərlik ruhunun daha da güclənməsinə çalışmalıyıq. Bu baxımdan həmişə ədəbiyyatın da insanlarımızda vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük rolu olub"-deyə vurğulayıb.
Sonra söz məclisdə iştirak edən şairlərə verilib. Söz pərvanələrindən Əşrəf Veysəlli, Elbrus Qayalı, Namiq Dəlidağlı, Gülnarə Cəmaləddin, Ədalət Nicat, Nadir Azayoğlu, Xürrəm Qafarlı, Kəramət Əmirli, Usta Fəxrəddin və digərləri vətənpərvərlik mövzusunda yazdıqları şeirləri oxuyublar.xa0
Sonda Mərkəzi Kitabxananın müdiri Yeganə Əhmədova çıxış edərək bu gün təşkil olunan tədbirin əhəmiyyətindən danışıb və belə görüşlərin tez-tez keçirilməsinin tərəfdarı olduğunu qeyd edib. O həmçinin təbdirdə iştirak edən oxuculara və şairlərə minnətdarlığını bildirib.
xa0
Namiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO