Çinin "Quança" nəşrinin oxucuları Rusiya prezidenti Vladimir Putinin "Davos gündəliyi 2021" onlayn-forumunun sessiyasında çıxışını müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat “İnosmi.ru” saytında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Putin buzlu suya girdi - FOTO - VİDEO
Putin çıxışı zamanı son 40 ildə Çinin qazandığı uğurları yüksək qiymətləndirib. O vurğulayıb ki, Rusiyanın da fəxr edəcəyi çox şeyi var.
Mənbə yazır ki, çinlilər də Putini dəstəkləyir və bildirirlər ki, Qərb yalnız "pul çap etməklə dünya resurslarını əldə etmək istəyir".
Xatırladaq ki, yanvarın 27-də Rusiya prezidenti Vladimir Putin "Davos gündəliyi 2021" Ümumdünya İqtisadi Forumunda onlayn formatda çıxış edib.
O, son 40 ildə inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılmasında və iqtisadi nailiyyətlərində Çinin əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Rusiya lideri, həmçinin Rusiyanın bu sahədə əldə etdiyi tərəqqiyə də yüksək qiymət verib:
“Rusiyada 1999-cu ildə 64 milyon insan aşağı gəlirli vətəndaş kimi qeydə alınmışdı, indi bu say təxminən 5 milyonadək azalıb”.
Putin qeyd edib ki, inkişaf etmiş Avropa ölkələri və ABŞ yüksək dərəcəli differensiasiya dilemması ilə üzləşirlər, qlobal sosial-iqtisadi inkişaf isə disbalans nümayiş etdirir.
O, beynəlxalq ictimaiyyəti çoxtərəfli geniş əməkdaşlığı inkişaf etdirməyə, iqtisadi inkişafın yeni harmonik və davamlı strategiyalarını axtarmağa, müxtəlif ölkələrin və regionların sosial-iqtisadi inkişafını tarazlaşdırmağa və bütün ölkələrə "bəşəriyyətin inkişafının taleyüklü istiqamətlərində səyləri birləşdirməyə" çağırıb.
Bundan başqa, Putin bildirib ki, "mərkəzləşdirilmiş, birqütblü dünya nizamı yaratmaq cəhdləri ilə bağlı dövr başa çatıb".
Putin, həmçinin, yeni koronavirus epidemiyası və beynəlxalq vaksinlərin qeyri-bərabər paylanması ilə bağlı mövcud vəziyyətdən danışıb:
“Dünyada hamı pandemiyaya qarşı birgə mübarizə aparmalı, xüsusilə Afrikada dəstəyə ehtiyacı olan ölkələrə yardım göstərməlidir”.
Nəşrin istifadəçilərindən biri Putinlə razılaşdığını bildirib:
“O, hər sözü ilə Qərbin mühüm strateji yerlərinə zərbələr endirir. Qərbin mühafizəkar düşərgəsi yalnız özlərini sevən Amerika Birləşmiş Ştatları tərəfindən müdafiə olunur”.
Bizim.Media