Almaniya kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlar və genişlənməyə çağırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Şolts bunu Berlində Avropa Sosialistlər Partiyasının Konqresinin 300-ə yaxın nümayəndəsi qarşısında çıxışı zamanı deyib.
Şolts Aİ-də yeni üzvlərin qəbulu üçün islahatlara ehtiyac olduğunu qeyd edib.
"500 milyondan çox azad və bərabərhüquqlu vətəndaşın yaşadığı 27, 30, 36 dövlətdən ibarət vahid Avropa İttifaqı bu dünyada öz çəkisini daha da artıra bilər", - deyə Şolts bildirib.
O, koordinasiyalı şəkildə silah və texnikanın alınmasının, eləcə də 2025-ci ilə qədər Aİ-nin silahlı qüvvələrinin yaradılmasının vacibliyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:49 / 15.10.2022
Aİ-nın Ordusu YARADILACAQ - RƏSMİ
Hazırda oxunan: Aİ-nın Ordusu YARADILACAQ - RƏSMİ
Hazırda oxunan: Aİ-nın Ordusu YARADILACAQ - RƏSMİ
99488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.