Böyük Britaniyanın paytaxtı Londonda ekologiya fəalları Vinsent van Qoqun məşhur "Günəbaxanlar" rəsminə qarşı vandallıq aktı törədib.
Bizim.Media xəbər verir ki, insident London Milli Qalereyasında baş verib.
Qeyd olunur ki, "Neftə son verin" yazılı geyimdə iki nəfər rəsmin üzərinə şorba atıb, daha sonra özlərini yapışqanla qalereyanın divarına yapışdırıblar.
Polis həmin şəxsləri saxlayıb. İnsident nəticəsində rəsmin ciddi ziyan görmədiyi bildirilib.
V. van Qoqun 1888-ci ildə çəkilmiş əsərinin qiyməti 82 milyon dollar dəyərində ölçülür.
London Milli Qalereyasında saxlanılan rəsm həmin əsərin 5 mövcud versiyasından biridir.
Bizim.Media