\

\"Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır\" - Borrel

Hazırda oxunan: \"Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır\" - Borrel

99087

"Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına və Avropa İttifaqının (Aİ) yenilənməsinə aparır".

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu bu gün Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı deyib.

O qeyd edib ki, “soyuq müharibə”dən sonrakı dövr artıq başa çatıb.

“Rusiyanın Ukraynaya hücumu və Ukraynada müharibənin başlanması ilə “soyuq müharibə”dən sonrakı vəziyyət dəyişib. Biz hazırda yeni dünyanın yaranması dövrünü yaşayırıq, çünki bu müharibə bir çox məsələni və əlbəttə ki, Avropa İttifaqını dəyişir. Bu müharibə başqa bir Avropa İttifaqı yaradacaq”, – Borrel vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO