Bayden yenə çaşdı - Oğlunun ölümünü xatırlaya bilmədi - VİDEO

Bayden yenə çaşdı - Oğlunun ölümünü xatırlaya bilmədi - VİDEO

Hazırda oxunan: Bayden yenə çaşdı - Oğlunun ölümünü xatırlaya bilmədi - VİDEO

99027

Tez-tez ictimaiyyət qarşısında çıxışları ilə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə də ənənəsinə sadiq qalıb.

Bizim.Media “Forbes”ə istinadən xəbər verir ki, ABŞ lideri Kolorado ştatında çıxışı zamanı səhvən oğlu Bo Baydenin İraqda dünyasını dəyişdiyini deyib.

“Koloradoda daha sonradan İkinci Dünya müharibəsində iştirak edən amerikalı hərbçilər təlim keçiblər. Təsəvvür edin. Mən bunu səmimi şəkildə deyirəm. Mən bunu “Bürünc ulduz” medalı alan və İraqda həyatını itirən bir şəxsin atası kimi deyirəm” – deyə Bayden bildirib.
Qeyd edək ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-da 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO