Ukrayna ordusu 18 dəqiqə ərzində Rusiyanın 4 helikopterini vurdu

Ukrayna ordusu 18 dəqiqə ərzində Rusiyanın 4 helikopterini vurdu

Hazırda oxunan: Ukrayna ordusu 18 dəqiqə ərzində Rusiyanın 4 helikopterini vurdu

98895

Ukrayna Hərbi Hava Qüvvələri 18 dəqiqə ərzində Rusiyanın 4 hücum helikopterini vurduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.
Mənbə yazır ki, bu, saat 8:40-dan 8:58-dək Ukraynanın cənubunda baş verib.

Rusiya quru qoşunlarına atəş dəstəyi verən Ka-52 vertolyotları zərərsizləşdirilib.

Helikopterlərdən biri işğaldan azad edilmiş əraziyə, qalanları isə cəbhə xəttinin arxasına düşüb. Daha iki helikopterə də atəş açılıb. Ona görə də vurulan helikopterlərin sayı daha çox ola bilər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO