Ukrayna və Rusiya həlak olan hərbçilərinin cəsədlərini dəyişdirdi

Ukrayna və Rusiya həlak olan hərbçilərinin cəsədlərini dəyişdirdi

Hazırda oxunan: Ukrayna və Rusiya həlak olan hərbçilərinin cəsədlərini dəyişdirdi

98659

Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin daha bir mübadiləsi prosesi baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi yayıb.

Rusiya tərəfi mübadilə ilə bağlı məlumatı təsdiqləməyib və şərh etməyib.

Nazirlik qeyd edir ki, Ukrayna 62 əsgərinin cəsədini geri alıb.

Nə qədər cəsədin Rusiyaya təhvil verildiyi açıqlanmır. Mübadilənin harada baş tutduğu da məlum deyil. Qurum əlavə edib ki, mübadilə danışıqları "çox ağır keçib". Kiyev, əsasən Yelenovka koloniyasında saxlanılan hərbi əsirlərinin cəsədlərini qaytarıb.

Yelenovkada ukraynalı hərbi əsirlərin saxlandığı istintaq təcridxanası iyulun 29-da dağıdılıb. Rusiya tərəfinin məlumatına görə, zərbə nəticəsində 51 nəfər ölüb, 142 nəfər yaralanıb. Rusiya təcridxananın Ukrayna tərəfindən HIMARS-dan atəşə tutulduğunu iddia edir.
Kiyev hesab edir ki, istintaq təcridxanasında əvvəlcədən planlaşdırılan partlayış baş verib. BMT insidentlə bağlı araşdırma aparmaq istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO