Vahid Ələkbərov məhkəməyə verildi - Evinin damını genişləndirdiyinə görə

Vahid Ələkbərov məhkəməyə verildi - Evinin damını genişləndirdiyinə görə

Hazırda oxunan: Vahid Ələkbərov məhkəməyə verildi - Evinin damını genişləndirdiyinə görə

98585

Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərovu məhkəməyə verib.

Bizim.Media "osnmedia.ru"ya istinadən xəbər verir ki, buna səbəb iş adamının paytaxtın mərkəzində yerləşən evinin damını genişləndirməsi olub.

Rusiyanın ən zənginləri arasında beşinci yerdə qərarlaşan Vahid Ələkbərov Moskvanın mərkəzində yerləşən çoxmərtəbəli binanın damında tikinti layihəsinə başlayıb.

Moskva Şəhər Əmlakı Departamenti hesab edir ki, binanın damında aparılan tikinti piyadalar üçün təhlükə yarada bilər, ona görə də məhkəmədə tikintinin dayandırılması ilə bağlı iddia qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO