Kiyev raket hücumundan bir neçə dəqiqə sonra: Yaralı insanlar, yanan maşınlar ... – VİDEO

Kiyev raket hücumundan bir neçə dəqiqə sonra: Yaralı insanlar, yanan maşınlar ... – VİDEO

Hazırda oxunan: Kiyev raket hücumundan bir neçə dəqiqə sonra: Yaralı insanlar, yanan maşınlar ... – VİDEO

98429

Reuters agentliyi Kiyevin atəşə tutulmasından sonra kadrlar çəkib və reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə yanan maşınlar, dağılan binalar, yaralı insanlar yer alır. 

Qeyd edək ki, oktyabrın 10-da səhər saatlarında paytaxtın müxtəlif yerlərində partlayışlar eşidilib. Rusiyanın zərbələri nəticəsində 5 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Təfərrüatları Kiyev şəhər hərbi administrasiyası yayıb. Beləliklə, Rusiya ordusu Svyatoşinsk, Qoloseyevsk, Desnyansk və Şevçenkovsk rayonlarını vurub.

Şevçenkovsk rayonuna 3 raket düşüb, yol zədələnib. 6 avtomobil yanıb, daha 15 avtomobil zədələnib. İlkin məlumata görə, 5 nəfər ölüb, 24 nəfər yaralanıb. Həmçinin müxtəlif infrastruktur obyektlərinə 2 zərbə endirilib. 

Svyatoşinsk rayonunda raket bir mərtəbəli binaya dəyib, 3 nəfər yaralanıb.

Qoloseyevsk rayonunda infrastruktur obyektlərinə 2 zərbə dəyib. İlkin olaraq 1 nəfər yaralanıb.

Desnyansk rayonunda infrastruktur obyektinə raket düşüb, nəticədə 1 nəfər yaralanıb. Nəticələr dəqiqləşdirilir.

Bundan əvvəl Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa “Suspilnı” nəşrinə demişdi:

"Paytaxtın Şevçenkovsk rayonuna hücum nəticəsində 5 nəfərin öldüyü məlumdur. Həmçinin, paytaxtın müxtəlif yerlərində 20-dən çox insan yaralanıb”.

Kiyev meri Vitali Kliçko şəhərin kritik infrastrukturuna bir neçə dəfə zərbə endirildiyini bildirib.

Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenkonun sözlərinə görə, ruslar uşaq meydançasına və Xanenko muzeyinə də raket atıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO