Oktyabrın 25-də Günəş tutulması olacaq

Oktyabrın 25-də Günəş tutulması olacaq

Hazırda oxunan: Oktyabrın 25-də Günəş tutulması olacaq

98422

2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrasından xəbər verilib. Bildirilib ki, tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO