"Rusiya raketləri Moldovanın hava məkanını pozub".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket Moldovanın tanınmamış Dnestryanı bölgəsinin Kolbasna kəndi və Soroka şəhəri ərazisindən keçib.
Nazirlikdən qeyd olunub ki, bununla Moldovanın hava məkan pozulub: “Bu, qəbuledilməzdir”.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:37 / 10.10.2022
"Rusiya hava məkanımızı pozub" - Moldova XİN
Hazırda oxunan: "Rusiya hava məkanımızı pozub" - Moldova XİN
Hazırda oxunan: "Rusiya hava məkanımızı pozub" - Moldova XİN
98420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.