Krım körpüsündəki partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib - “The New York Times”

Krım körpüsündəki partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib - “The New York Times”

Hazırda oxunan: Krım körpüsündəki partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib - “The New York Times”

98236

Krım körpüsündəki partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” Kiyev rəsmisinə istinadən yazır.

Mənbə qeyd edir ki, yüksək rütbəli Kiyev rəsmisi nəşrə açıqlamasında insidentin arxasında Ukraynanın dayandığını təsdiqləyib.

Hökumətin partlayışla bağlı müzakirələrə qadağa qoyması səbəbindən adının açıqlanmasını istəməyən rəsmi əlavə edib ki, Ukrayna kəşfiyyat orqanları partlayışı körpünün üzərindən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək təşkil edib.
Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə yük maşını partlayıb, partlayışdan sonra dəmiryol qatarının yeddi yanacaq çəni yanıb.

Daha sonra Rusiya baş nazirinin müavini Marat Xusnullin Krım körpüsündə dəmir yolu hərəkətinin tam bərpa olunduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO