Bayden NATO rəhbəri ilə müzakirələr apardı

Bayden NATO rəhbəri ilə müzakirələr apardı

Hazırda oxunan: Bayden NATO rəhbəri ilə müzakirələr apardı

9806

ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, ABŞ prezidenti NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib.

"Prezident Cozef Bayden bu gün NATO baş katibi Yens Stoltenberqlə danışıb. Prezident Baş katibə ittifaqa etibarlı rəhbərliyi üçün təşəkkür edib, Əfqanıstan, İraq və Rusiya da daxil olmaqla, ümumi təhlükəsizlik problemlərinin bütün spektri üzrə müttəfiqlərlə məsləhətləşmək, işləmək niyyətində olduğunu bildirdi”, - deyə məlumatda bildirilir.

Bayden ABŞ-ın Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən kollektiv müdafiəyə sadiq qaldığını və transatlantik təhlükəsizliyin gücləndirilməsini də təsdiqlədi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO