Praqa görüşündə yaşanan MARAQLI MƏQAMLAR – Avropada türklərin TRİUMFU

Praqa görüşündə yaşanan MARAQLI MƏQAMLAR – Avropada türklərin TRİUMFU

Hazırda oxunan: Praqa görüşündə yaşanan MARAQLI MƏQAMLAR – Avropada türklərin TRİUMFU

97959

Dünən Praqada keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısında maraqlı məqamlar yaşanıb. Ən maraqlısı da odur ki, həmin anları çoxu kameraların obyektivinə tuş gəlib. 

Yayılan görüntülərin çoxunda ən çox diqqət çəkən məqamlardan biri Azərbaycanla Türkiyə liderlərinin həddən ziyadə mehriban və isti münasibətləridir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyub Ərdoğanın qol-qola gəzməsi və yüksək əhval ruhiyyədə olması diqqətdən yayınmayıb. Məsələn, İlham Əliyevlə Rəcəb Tayyub Ərdoğan Zirvə Toplantısının iclas zalına gedərkən “Azadlıq” radiosunun müxbiri onlara yaxınlaşır.
 

MÖVZU İLƏ BAĞLI:

Praqada “Dəmir yumruq” masada – GÜNÜN FOTOSU 


Türkiyə Prezidenti jurnalistin haranı təmsil etdiyini soruşur. Jurnalist cavab verir ki, “Azadlıq” radiosunun əməkdaşıyam”. Bu zaman İlham Əliyev təbəssümlə “hə, bunlar Sorosçulardır” deyir. Dövlətimizin Başçısının yarızarafat, yarıkerçək dediyi bu sözlər çox gizlinləri aşkara çıxartdı. 

Ümumiyyətlə, hər iki dövlət başçısının yüksək əhval-ruhiyyəsi və mətbuata açıq və səmimi olması ötən günün ən yaddaqalan hadisələrindəndir.

Təsadüfi deyil ki, İlham Əliyevin çıxışları və səsləndirdiyi fikirlər ötən gün sosial şəbəkələrdə ən çox yayılan xəbərlər sırasındadır. Məsələn, “Twitter”də “President Ilham Aliyev” və “Prague” sözləri  ötən 24 saatda trendə çevrilib. 

Bundan əlavə Prezident İlham Əliyevə Avropa ölkələri liderlərinin xüsusi diqqəti də kameraların obyektivindən yan keçməyib. 

Təbii ki, ən maraqlı fotolar Nikol Paşinyanla bağlı olan görüntülərdir. Məsələn, Paşinyanla İlham Əliyevin görüşündə masanın üzərinə “Dəmir yumruq” kitabının qoyulması bir başqa anlam daşıyırdı.  Erməni baş nazir Azərbaycan Prezidenti qarşısındakı bütün görüntüləri gülüş doğurur. Artıq sosial şəbəkələrdə həmin fotolara maraqlı statuslar da yazılır. Sosial şəbəkələrin birində Paşinyanın fotosunun altında yazılan “mənnik nə var, eyy” yozumu isə xüsusilə uğurlu alınıb.

Doğrudan da Praqa görüşündə fotolar çox şeyləri ifadə etdi. Xüsusən də erməni liderin obyektivə tuş gələn görüntüləri onun nə qədər zavalı və çıxılmaz bir durumda olduğunu göstərir. İlham Əliyev, Rəcaəb Tayyub Ərdoğanla keçirilən görüşdə Nikol Paşinyanın davranışı çox mətləblərdən xəbər verir.
Paşinyan bu iki lider qarşısında bütün parametrləriylə çox zavallı görünür. O, bəzən söz deməyə belə cürət etmir. Bir kənara çəkilib məzlum-məzlum türk liderlərini xoş ovqatına tamaşa edir. 

Bəzi görüntülərdə Paşinyanın məzlum və çarəsiz görüntülərinə Makronun iştirakı da rəng qata bilmir. Bu isə təkcə Paşinyanın lider kimi faciəsi deyil. Bu həm də Ermənistanın siyasi iflasıdır.

Ermənistanın süqutudur. Eyni zamanda, bu görüntülər Azərbaycan dövlətinin və onun müdrik rəhbərinin titanik siyasətinin uğurlarıdır, təsdiqidir.

Gəlin, danışan fotolara bir də baxaq və qürurlanaq:

Foto və video

Surxay Atakişiyev, Bizim.Media


 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO