Gürcüstan üçün bir nömrəli prioritet regionumuzda sülh və təhlükəsizliyin təmin edilməsidir.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, ölkəsi bu məqsədlə hər zaman Ermənistan və Azərbaycan arasında vasitəçi rolu oynamağa hazırdır:
"Faktiki olaraq ötən il Baş nazirin aktiv iştirakı ilə konkret nəticəyə nail olunub və bu proses davam edib. Bir neçə ay öncə biz hər iki ölkənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etdik.
Bu bizim dostlarımızın bizə xüsusi etimadının olmasına nümunədir və biz gələcəkdə də cənub qonşularımızın danışıqlardan konkret nəticələr əldə edə bilməsi və regionumuzda sülh və sabitlik üçün sakit və dinc dialoq aparması üçün Gürcüstanın, Tbilisinin məkan olmasına hər zaman hazırıq.
Bizim bu prosesdə hər hansı bir ön şərtimiz yoxdur, bizim qonşularımıza yeganə, bu gün və həmişə keçərli olan təklifimiz budur ki, ölkəmizdə istənilən məkanda və zamanda qonşularımıza ev sahibliyi etməyə və əgər ehtiyac duyarlarsa yardım etməyə hazırıq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:27 / 07.10.2022
Gürcüstan Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etməyə hazırdır
Hazırda oxunan: Gürcüstan Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etməyə hazırdır
Hazırda oxunan: Gürcüstan Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etməyə hazırdır
97922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.