“Ermənistan Baş naziri Nikol Paşinyanla görüşümüz səmimi şəkildə keçdi”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.
O, bildirib ki, görüş əsnasında bəzi tələblər müzakirə olundu və bununla bağlı hər iki ölkənin xüsusi nümayəndələri və xarici işlər nazirliklərinə təlimatlar verildi.
“Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Eyni zamanda normallaşma prosesinə dair xüsusi numayəndələr də görüşəcək. Atılacaq növbəti addımlar bu görüşlərin nəticəsindən asılı olaraq atılacaq”,- deyə Ərdoğan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:38 / 06.10.2022
Çavuşoğlu ilə Mirzoyanın görüşü OLACAQ
Hazırda oxunan: Çavuşoğlu ilə Mirzoyanın görüşü OLACAQ
Hazırda oxunan: Çavuşoğlu ilə Mirzoyanın görüşü OLACAQ
97861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.