Fransa ilk dəfə Suriya ərazisində İŞİD düşərgələrini bombalayıb.
Qafqazinfo xəbər verir ki, bu barədə Elysee Sarayı məlumat yayıb.
Verilən məlumata görə, Fransa döyüş təyyarələri 8 sentyabr tarixindən Suriyada kəsfiyyat uçuşları həyata keçirib.
İlk dəfə hücumu isə bu gün reallaşdırıb.
Qeyd edək ki, Fransa İraq ərazisində İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulmuşdu, Suriyada hava əməliyyatlarında iştirak etmirdi.






























































































