Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı qurumun sabiq liderləri Bako Saakyan, Arkadi Qukasyan , Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla görüşüblər.
Bizim.Media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, görüşdən əvvəl Bako Saakyan və Arkadi Qukasyan Nikol Paşinyanla, daha sonra Serj Sarkisyanla görüşüblər.
Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib.
“Bəli, həqiqətən, dünən Koçaryan Qarbağın sabiq “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan ilə görüşüb. Üçüncü prezident Serj Sarkisyanın iştirakı ilə də bir görüş keçirildi. Bir mövzu var idi – Qarabağ. İndiki vəziyyətdə bu cür məsləhətləşmələr tez-tez olacaq”, - Soqomonyan deyib.
Bizim.Media