“İlon Mask Ukrayna müharibəsi ilə bağlı Qərbin fikirlərini ictimaiyyətə açıqladı” – Tofiq Abbasov

“İlon Mask Ukrayna müharibəsi ilə bağlı Qərbin fikirlərini ictimaiyyətə açıqladı” – Tofiq Abbasov

Hazırda oxunan: “İlon Mask Ukrayna müharibəsi ilə bağlı Qərbin fikirlərini ictimaiyyətə açıqladı” – Tofiq Abbasov

97377

“Tesla” şirkətinin rəhbəri, Amerikalı milyarder İlon Mask özünün “Twitter” səhifəsində Rusiya ilə Ukrayna arasında münaqişənin həll yolunu göstərib. 

Mask ilk addım olaraq BMT-nin nəzarəti altında Rusiyanın bu yaxınlarda ilhaq etdiyi ərazilərdə yenidən referendumların keçirilməsini təklif edib.

Onun fikrincə, Ukrayna neytral qalmalıdır: 

“Xalq iradəsini ortaya qoyarsa, Rusiya bu əraziləri tərk etməlidir. Krım 1783-cü ildə (Xruşşovun səhvindən əvvəl) olduğu kimi, formal olaraq Rusiyanın bir hissəsi olacaq. Bundan sonra yarımadaya su verilməsini təmin etmək lazımdır”. 
Qeyd edək ki, Maskın paylaşımından sonra “Tesla”nın səhmləri kəskin şəkildə ucuzlaşıb.

Milyarder bununla da sakitləşməyərək bu dəfə sosial şəbəkə istifadəçilərindən Donetsk və Luqansk vilayətlərində, eləcə də Krımda yaşayan insanların iradəsinin nəzərə alınmalı olub-olmadığını soruşmaq qərarına gəlib.

Eyni zamanda o yazıb ki, Krım bölgəsində hərbi əməliyyatlar başlayarsa, Rusiyanın “tam səfərbərliyə” start verə biləcəyi üçün Ukraynanın müharibədə qələbəsi “çox çətin”dir.

Maskın bu təklifinə böyük güclərin ictimai rəyi formalaşdırmaq cəhdi kimi baxa bilərikmi? 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasovun fikrincə, dünyada cərəyan edən prosesləri Qərb institutları idarə edir və İlon Mask kimilərinin dilindən öz istəklərini səsləndirirlər ki, bu yolla ictimai rəyi öz maraqlarına uyğun formalaşdırsınlar: 

“İlon Mask kifayət qədər zəngin adamdır. Tək maddi baxımdan deyil, həm də intelektual baxımdan. Seçilən, tanınan simalardandır. Gözəl işgüzar və menecer keyfiyyətlərinə malikdir. Dünya nizamında baş qaldıran boşluqlar fonunda görünən odur ki, dünya qüvvələri artmaqda olan böhranların öhdəsindən gələ bilmir və qütblərin toqquşması başlayıb.

İnsanların sıxıntıları, humanitar fəlakətlər, çatışmamazlıqlar kimi böhran cərəyanları dərinləşir. Ona görə də indiki məqamda qütblərin amansız qarşıdurması başlayıb. Belə olan halda, tək siyasətçilər deyil, onlarla bərabər iş adamları,

Nobel mükafatı lauriatları, intelektuallar da proseslə bağlı təkliflərlə çıxış etməyi özlərinə borc bilirlər. Qərb Çin və Rusiyaya qarşı özünəməxsus düşərgənin formalaşdırılması ilə məşğuldur”. 

Ekspert qeyd edir ki, bu prosesdə də onlar tək siyasi qüvvələrlə kifayətlənmir. İxtiyarlarında olan bütün rıçaq və alətlərin hamısını prosesə cəlb edirlər:

“Soros, Bil Qeyts, Rokfeller Fondu burada aparıcı rola malikdirlər. Onların pandemiya dövründə təşkilatçılığını da gördük. Bu proseslə çalışırdılar ki, dünyada yeni nizamın formalaşmasına start versinlər. Ona görə də insanlara qorxu hissini təlqin etməyə başladılar.

Dünya sistemini çökdürən qüvvələr var. Onlar özlərinə güvəndiyindən dünya sistemini çökdürməyə çalışırlar. Maliyyə, əmtəə birjalarının rıçaqları onların əlindədir. Dünya sistemini çökdürməklə bilirlər ki, müflisləşdirilmiş ölkələr, xalqlar artıq dirçələ bilməyəcək. 
Bu prosesləri Qərb institutları idarə edir və İlon Mask kimilərinin dilindən öz istəklərini səsləndirir, bu yolla ictimai rəyi öz maraqlarına uyğun formalaşdırmağa çalışırlar. Belədə Qərb institutları bəzi fikirləri Mask kimilərin dililə səsləndirir ki¸inandırıcı olsun və cəmiyyət onların arxasınca getsin”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO