Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Borovaya və Şiykovka yaşayış məntəqələrini azad edib.
Bizim.Media xəbər verir ki, Ukraynanın Teleqram kanalları azad edilmiş yaşayış məntəqələrindən foto və videolar yayıb.
Ukrayna hərbi rəhbərliyindən hələ ki, rəsmi məlumat verilmir.
Borovaya və Şiykovka Luqansk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşir.
Bizim.Media