“Caliber”: “Ermənistan yeni müharibəyə hazırlaşır” - VİDEO 

“Caliber”: “Ermənistan yeni müharibəyə hazırlaşır” - VİDEO 

Hazırda oxunan: “Caliber”: “Ermənistan yeni müharibəyə hazırlaşır” - VİDEO 

96643

Sentyabrın 29-u İrəvanın Azərbaycanla aktiv müharibəyə hazırlaşması ilə bağlı Ermənistandan bir neçə siqnal daxil olub. 

“Caliber”in “YouTube” layihəsi bununla bağlı süjet hazırlayıb.  

Bizim.Media xəbər verir ki, süjetdə bildirilir ki, siqnallar o qədər aydındır ki, bu istiqamətdə “addımlayan” hökumətin səmimi niyyətlərinə şübhə etməyə gərək qalmır. 

Bu siqnallar arasında Hindistandan 240 milyon ABŞ dollarından çox dəyərdə silah alınması, Ermənistanın növbəti ildə hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırılması barədə məlumatlar, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryanın ölkəsinin bütün dövlətlərdən silah almaq istəyi ilə bağlı açıqlaması, bu dövlətlər sırasında Hindistanı xüsusi olaraq vurğulaması və noyabrın 22-dək davam edəcək ehtiyatda olan hərbçilərin toplanması haqqında məlumatlar da var. 

Müəllif onu da xatırladır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi son günlər Azərbaycanla şərti sərhəddə silahlı təxribatları gücləndirib. 
Daha ətraflı süjetdə:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO