Çoxu kimsəsiz olan qaçqın uşaqları Avropada sadəcə həyatda qalmaq uğrunda çox böyük bir təhlükə qarşılayır. İtaliyada hələ 13-14 yaşındakı qız ya da oğlan fərq etmədən seks köləsi edilən qaçqın uşaqların yaşadıqları insanın içini sızıldadır ...
Sadəcə bu il, gəmilərlə İtaliyaya gedən qaçqınların 12 mindən çoxu yetkinlik yaşında olmayan uşaqlardır. Bunların böyük bir hissəsi, 9 mini isə yanlarında bir böyül olmadan, tək başlarına səyahət edirdi.
İtaliyaya çatdıqlarında bu uşaqlardan bəziləri, çox yaxşı şərtlərə sahib olmayan baxım mərkəzlərinə yerləşdirilərkən, çoxu küçələrdə yaşayır, narkotik satır və seks tacirlərinin əlinə düşür.
BBC bu uşaqların başlarından keçənləri yerində araşdırdı və onlardan bəziləriylə görüşdü. Ortaya çıxan mənzərə ürək ağrıdır ...
14 yaşındakı Xalidin izah etdikləri Avropaya qaçan qaçqın oğlan uşaqlarının başlarına gələnləri bütün çılpaqlığıyla ortaya qoyur. Xalid Romada narkotik satır. "İtaliyada oğlan qaçqın uşaqların yaşaması üçün ya narkotik satması, ya da İtalyan kişilərlə əlaqəyə girməsi gərək" Xalid olan bitəni bu sözlərlə izah edir"
"Ciblərindəki pulu göstərib cinsi əlaqə istəyirlər"
"Qarnımı doyurmaq üçün narkotik satmağa başladım. Digər qaçqın uşaq kimi İtalyan kişilərlə seks etməmək üçün buna məcbur idim. Misirli, Tunusulu oğlan uşaqlar seks üçün 40 dollar, bəzən 60 dollar alırlar. Amma mən heç etmədim".
Uşaqların çoxu Müsəlman mühafizəkar ailədən gəlir və vəziyyəti qəbul etmək onlar üçün çox çətindir ... Xalid işlərin necə getdiyini də izah edir:
"Adamlar bizə yeməyə bir şey verir. Bəzən siqaret ... sonra ciblərindəki pulu göstərib cinsi əlaqəyə girmək istəyirlər. 18 yaşından kiçik, ya da böyük onlar üçün heç fərq etmir"
İnsan qaçaqçılarına borcu seks köləsi olaraq ödəyirlər
Qaçqın qızların dramı isə insan qaçaqçılarıyla başlayır. Onlar insan qaçaqçılarına borclarını ödəmək üçün seks köləsi olaraq işləyirlər. 20 dollar qarşılığında kişilərlə seks edirlər. Söz mövzusu qızların ailələri varsa, insan qaçaqçıları vaxtında pul almaq üçün ailələri təhdid edir. Qızların əksəriyyəti 13 yaşındadır ...
































































































