Onları tanımıram - Putin Navalnının yaydığı filmi montaj adlandırdı - VİDEO

Onları tanımıram - Putin Navalnının yaydığı filmi montaj adlandırdı - VİDEO

Hazırda oxunan: Onları tanımıram - Putin Navalnının yaydığı filmi montaj adlandırdı - VİDEO

9638

Rusiya Prezidenti Vladimir Putin müxalifətçi Aleksey Navalnının onun barəsində videoaraşdırmasını montaj və "yığma" adlandırıb.

Bizim.Media-nın məlumata görə, Rusiya prezidenti ali məktəb tələbələri ilə videokonfrans formatında görüşündə bu barədə açıqlama verib:

“Orada hansısa hovuzu göstərirlər. Göstərirlər ki, mən həmin hovuzda üzürəm. Amma mən heç vaxt o hovuzda olmamışam. “Butterflay” formasında isə 2016-cı ildə Yenisey çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”.

Rusiya Prezidenti həmin filmdə adı çəkilən şəxslərdən kimlərisə tanıdığını, kimlərisə qətiyyən tanımadığını söyləyib:

“Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin elələri də var ki, ümumiyyətlə, tanımıram. Mən heç vaxt bizneslə məşğul olmamışam”.

Putin videoaraşdırmada göstərilən sarayın ona məxsus olmadığını da vurğulyıb. Onun sözlərinə görə, filmdə təqdim edilən iqamətgah heç onun qoyumlarına da aid deyil.

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO