Ən çox “vorzakon“ yetişdirmiş ölkələr  - Statistika

Ən çox “vorzakon“ yetişdirmiş ölkələr - Statistika

Hazırda oxunan: Ən çox “vorzakon“ yetişdirmiş ölkələr - Statistika

96104
“Qanuni”x9d oğrulara yaxınlığı ilə seçilən məşhur “Praym Kraym”x9d informasiya portalı kriminal ünsürləri ən çox yetişdirən ölkələrin adlarını açıqlayıb

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sayt indi dünyada ümumilikdə 485 nəfər “qanuni oğru”x9dnun mövcud olduğunu yazır:
 
“Onların 276 nəfəri Gürcüstandan olan titul sahibləridir. Gürcüstan ən çox “qanuni oğru”x9d yetişdirmiş ölkələr siyahısına başçılıq edir”x9d.
 
Qeyd edilir ki, Gürcüstanda oğru dünyası ilə bağlı xüsusi qanun qüvvəyə minib. Bu ölkədə “qanuni oğru”x9dlara qarşı ən sərt cəzalar Mixail Saakaşvilinin hakimiyyəti dövründə tətbiq edilib. Sabiq prezident faktiki olaraq “qanuni oğru”x9dlara “müharibə”x9d elan etmişdi.
 
Onlardan bir çoxu həbsxanalara göndərildi, bəziləri isə Gürcüstanı tərk etdi.
 
Araşdırmalar zamanı məlum olub ki, kriminal avtoritetlərin sayına görə Rusiya ikinci yerdə qərarlaşıb. Bu ölkədə 61 titul sahibi yaşayır.
 
Liderlər üçlüyündə Ermənistan da yer tutur. Siyahıda 3-cü yerdə qərarlaşan bu ölkə “qanuni oğru”x9dların yerləşməsi baxımından Gürcüstan və Rusiyadan fərqlənir. Belə ki, araşdırmalar zamanı erməni “qanuni oğru”x9dlarının öz ölkələrində yaşamaları, respublikanı tərk etmədikləri məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO