Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini casusluqda ittiham edərək saxlayıb.
Bizim.Media "ria novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə nazirliyi məlumat yayıb.
Məlumata görə, Yaponiya konsulu “Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri” və “Qərbin sanksiyalar siyasətinin Primorsk diyarında iqtisadi vəziyyətə təsiri haqqında” məxfi məlumatları alarkən cinayət başında yaxalanıb.
Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz bildirilib. Konsulun özü arzuolunmaz şəxs elan edilib.
Qeyd edək ki,Rusiya mediasında Motoki Tatsunorinin dindirilməsi ilə bağlı istintaq çəkilişinin görüntüləri də yayılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:45 / 26.09.2022
Yaponiyanın Vladivostokdakı konsulu SAXLANILDI - VİDEO
Hazırda oxunan: Yaponiyanın Vladivostokdakı konsulu SAXLANILDI - VİDEO
Hazırda oxunan: Yaponiyanın Vladivostokdakı konsulu SAXLANILDI - VİDEO
95920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.