İranda mülki geyimli polislər etirazlara qatılan qadını təpikləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında video görüntülər yayılıb.
Bildirilib ki, hadisə şahidlərinin sözlərinə polislər qadına "İran Suriyaya İŞİD-lə döyüşmək üçün (Bəşar Əsədi müdafiə etmək üçün) getməsəydi, həmin terror qruplaşması İran şəhərlərinə girəcəkdi və namusunuz da İŞİD-in əlinə keçəcəkdi” - kimi ifadələr səsləndiriblər.
Hadisə şahidləri polislərə “indi hamı görür ki, İŞİD-lə heç bir fərqiniz yoxdur"-deyərək etiraz ediblər.
Bizim.Media