Putindən Ermənistana XƏBƏRDARLIQ – “Paşinyan Kremlə qarşı provokasiyaları dayandıracaq”

Putindən Ermənistana XƏBƏRDARLIQ – “Paşinyan Kremlə qarşı provokasiyaları dayandıracaq”

Hazırda oxunan: Putindən Ermənistana XƏBƏRDARLIQ – “Paşinyan Kremlə qarşı provokasiyaları dayandıracaq”

95037

Rusiya prezidenti Vladimir Putin sentyabrın 20-də xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdimetmə mərasimində Ermənistanla Azərbaycan arasında son sərhəd toqquşmalarından da söz açıb.

Rusiya lideri qeyd edib ki, yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyət Kremli ciddi narahat edir. 

“Biz hər kəsi təmkinliyə, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”.

Aydındır ki, bu fikirlərlə Vladimir Putin Ermənistan rəhbərliyinə mesaj verib. Çünki son təxribatların səbəbkarı, eləcə də üçtərəfli bəyanatın müddəalarına əməl etməyən tərəf Ermənistandır. 

Bəs, Putinin Ermənistana bu xəbərdarlığı Paşinyan hansı addımı atacaq?

Sualı Bizim.Media üçün cavablandıran politoloq Tural İsmayılovun fikrincə, Ermənistan hakimiyyətinin davranışı birbaşa olaraq, Rusiya siyasi sisteminə sabotaj etməyə yönəlib:
 

MÖVZU İLƏ BAĞLI:

“İrəvan oriyentasiyasını dəyişir: Rusiyanı Qərb əvəz edəcək?”


“Hadisələrin bu formada cərəyan etməsinin bir günahkarı da rəsmi Moskva hesab edilməlidir. Bu günə qədər 10 noyabr bəyanatının Ermənistan tərəfindən yerinə yetirilməməsi ciddi problem olaraq qalmaqda davam edir. Eyni zamanda İrəvanın ikili siyasət yeritməsi, beynəlxalq güclərlə qeyri-səmimi siyasi xətt ortaya qoyması vəziyyətin dalana dirənməsinə səbəb olub.

Etiraf etmək lazımdır ki, son dövrlərdə Paşinyan hakimiyyəti tərəfindən Rusiyaya qarşı antipatik mövqeyin ortaya qoyulması Kremli qətiyyən razı salan məqam deyil. Ona görə də, Rusiya hərbi və siyasi elitası müxtəlif metodlarla Ermənistana mesajlar ötürür, danlayır, eyni zamanda vəziyyətin dəyişməsi üçün təzyiqlərin labüd olduğunu vurğulayırlar”.
Tural İsmayılovun sözlərinə görə, Putinin son açıqlamalarından sonra Ermənistan tərəfindən ən azı bir müddətlik Rusiyaya qarşı yönələn addımların şahidi olmayacağıq:

“Çünki bu gün Ermənistandakı dövlət idarəetməsi birbaşa olaraq Sorosçulardan asılı vəziyyətdə olduğuna görə, Rusiya da prosesin fərqindədir ki, rəsmi İrəvan tərəfindən daim Moskvaya qarşı provokasiyalar gözləniləndir.

Ona görə də Rusiyanın Ermənistanla bağlı hal-hazırda əsas hədəflərindən biri Nikol Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırıb, tamamilə Moskva tərəfindən idarə edilən hökumət yaratmağa yönəlib.  
Hesab edirəm ki, Kremlin bu niyyətini dərk edən Ermənistan hakimiyyəti ən azı bir müddətlik Rusiyaya zidd addımlardan uzaq olacaq”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO