Ərdoğan: “Putin müharibəni mümkün qədər tez bitirməyə çalışır”

Ərdoğan: “Putin müharibəni mümkün qədər tez bitirməyə çalışır”

Hazırda oxunan: Ərdoğan: “Putin müharibəni mümkün qədər tez bitirməyə çalışır”

94723

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni mümkün qədər tez bitirməyə çalışır”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində danışıb.

Türkiyə lideri bu qənaətə Özbəkistanda Putinlə görüşdən sonra gəlib.

"Anladım ki, müharibəyə ən qısa zamanda son qoymağa çalışırlar. Bu vəziyyət böyük problemdir. Hazırda 200 əsirin mübadiləsi ilə bağlı razılıq əldə olunub. Bu, yaxşı haldır". "Anadolu" agentliyi Ərdoğanın dediklərindən sitat gətirib.

Türkiyə prezidenti bildirib ki, hazırda Rusiya tərəfi kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı məsələni həll edir. 
Ərdoğanın fikrincə, bütün bunlar yaxşıdır, amma Ukrayna da eyni anlayışı göstərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO